Alternative content

00:23 09 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlin ilk ayının makroiqtisadi göstəriciləri islahatların müsbət nəticələrindən xəbər verir
İlin ilk ayının makroiqtisadi göstəriciləri islahatların müsbət nəticələrindən xəbər verir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
03:39 26.02.2020


Dövlət Statistika Komitəsi (DSK) yeni ilin ilk ayında ayrı-ayrı sahələr üzrə ölkənin sosial-iqtisadi sahədə əldə etdiyi göstəriciləri açıqlayandan sonra yekun hesabatı yayıb. Hesabatda bildirilir ki, yanvar ayında ölkə üzrə 6,5 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Bu isə 2019-cu ilin ilk ayına nisbətən 2,4 faiz çoxdur. Hesabat dövründə əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 4,9 faiz artmış, neft-qaz sektorunda 0,7 faiz azalmışdır.

Yanvar ayında ÜDM-in 44,2 faizi sənaye, 9,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,9 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə, 19 faizi digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 8 faizini təşkil etmiş, əhalinin hər nəfərinə 655,3 manat əlavə dəyər düşmüşdür.

Ay ərzində ölkə üzrə 4,2 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 2,1 faiz çoxdur. Ümumilikdə bu dövrdə sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 16,6 faiz artmışdır. Sənaye məhsullarının 68,4 faizi mədənçıxarma, 26,4 faizi emal, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə neft hasilatı 3,8 faiz azalmış, əmtəəlik qaz hasilatı 21,1 faiz artmışdır.

Emal sektorunda isə ağacın emalı və ağacdan məmulatların istehsalı 82,8, hazır metal məmulatlarının istehsalı 63,9, tütün məmulatlarının istehsalı 1,6, içki istehsalı 40,8, mebel istehsalı 53,3, maşın və avadanlıqların quraşdırılması, təmiri işləri 30,7, rezin və plastik kütlə məmulatları istehsalı 3,5, kimya sənayesi məhsulları istehsalı 40,5, qida məhsulları istehsalı 1,1, əczaçılıq məhsulları istehsalı 60, geyim istehsalı 70,1, tikinti materialları istehsalı 35,2, neft məhsulları istehsalı 21,3, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 72,8, digər nəqliyyat vasitələrinin istehsalı 89,8, metallurgiya sənayesi məhsulları istehsalı 38,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 2,2 dəfə artmışdır. Artım, həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında qeydə alınmışdır - müvafiq olaraq 6,4 və 1 faiz.

DSK-nın hesabatına əsasən, yanvar ayı ərzində əsas kapitala 996,7 milyon manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çoxdur. İstifadə olunmuş ümumi vəsaitin 70,6 faizi məhsul istehsalı və 17,5 faizi xidmət obyektlərinin, 11,9 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 61,1 faizi daxili sərmayələr olan bu vəsaitlərin 60,8 faizi bilavasitə tikinti-quraşdırma işlərində xərclənmişdir.

Yanvar ayında ölkə üzrə neft-qaz sektoruna 475,2 milyon manat vəsait yönəldilmişdir. Qeyri-neft-qaz sektorunun inkişafına yönəldilmiş 521,5 milyon manat vəsaitin 81,1 milyon manatından (ümumi sərmayənin 8,1 faizindən) isə qeyri-neft-qaz sənayesi sektorunda istifadə olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, bu dövrdə əsas kapitala 387,6 milyon manat xarici kapital da yönəldilmişdir. Həmin vəsaitin 95,8 faizi Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Türkiyə, Norveç, İsveçrə, Malayziya, Rusiya və İran investorlarına məxsus olmuşdur.

Dövlət Statistika Komitəsi ötən il üzrə ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı barədə də məlumat açıqlamışdır. Bildirilir ki, Azərbaycanda 2019-cu ildə orta aylıq nominal əməkhaqqı 2018-ci ilə nisbətən 16,6 faiz artaraq 634,8 manata çatmışdır. Əhalinin ümumi gəlirlərinə gəldikdə, həmin məbləğ cari ilin yanvar ayında 4,1 milyard manat olmuşdur ki, bu da nominal ifadədə 2019-cu ilin eyni ayına nisbətən 6,8 faiz çoxdur.

DSK-nın digər bir məlumatı ölkə üzrə pərakəndə ticarət dövriyyəsi haqqındadır. Hesabata əsasən, yanvar ayı ərzində pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,2 faiz üstələyərək 3 milyard 75,6 milyon manat olmuşdur. Eyni zamanda yanvar ayında əhaliyə 817,6 milyon manatlıq ödənişli xidmətlər göstərilmişdir. Bu isə əvvəlki ilin ilk ayına nisbətən 4,8 faiz artıqdır.

Azərbaycanın ötən il xarici ticarət əlaqələrində müsbət nəticələr qeydə alınmışdır. Hesabata görə, 2019-cu ildə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla ölkənin xarici ticarət dövriyyəsinin dəyəri 33 milyard 138,5 milyon dollara çatmışdır. Ticarət dövriyyəsinin 58,8 faizini ixrac, 41,2 faizini idxal məhsulları təşkil etmişdir ki, bu da 5 milyard 804,1 milyon dollarlıq müsbət ticarət saldosu deməkdir.

Xarici ticarətdə digər mühüm fakt ixracda qeyri-neft məhsullarının xüsusi çəkisinin artmasıdır. Hesabatda bildirilir ki, 2019-cu ildə Azərbaycandan 1 milyard 954,4 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunmuşdur. Bu isə 2018-ci ilə nisbətən faktiki qiymətlərlə 13,9, real ifadədə 7,8 faiz çoxdur.

Bir neçə fakt da nəqliyyat, informasiya və rabitə barədə: hesabata görə, cari ilin ilk ayı ərzində ölkənin informasiya və rabitə müəssisələri tərəfindən ümumilikdə 187,3 milyon manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 71,7 faizindən əhali istifadə etmişdir. 2019-cu ilin yanvar ayına nisbətən bu xidmətlərin həcmi dəyər ifadəsində 24,3 faiz artmışdır. Əldə edilmiş gəlirlərin isə 77,1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Nəqliyyat sektorunda da göstəricilər müsbətdir. Belə ki, yanvar ayı ərzində ölkə üzrə 17,6 milyon ton yük, 148,6 milyon nəfər sərnişin daşınmışdır. Yük dövriyyəsi üzrə artım 2,9, sərnişin daşınması üzrə 2,2 faiz olmuşdur.

Sonda istehlak qiymətləri barədə: DSK bildirir ki, yanvar ayında ötən ilin ilk ayına nisbətən ümumilikdə qiymətlər 2,7, o cümlədən ərzaq məhsulları, içki və tütün məmulatları 4,6, qeyri-ərzaq malları 1,1, əhaliyə göstərilən ödənişli qiymətlər isə 1,5 faiz bahalaşmışdır.

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM