Alternative content

15:20 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
03:39 26.02.2020


Qubadlı rayonunun əhalisi respublikanın 41 müxtəlif şəhər və rayonunda məskunlaşıb. Sakinlərin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ötən il də davam etdirilib. Abşeron rayonu "st. Sumqayıt” adlanan ərazidə və Sumqayıt şəhərinin 12-ci mikrorayonunda məcburi köçkünlər üçün inşa edilmiş şəhərciklərdə Qubadlıdan olan ailələrin yeni mənzillərə köçürülməsi başa çatdırılıb.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov ötən ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağında bu barədə ətraflı danışıb.

Qeyd edilib ki, "st. Sumqayıt”da yeni yaradılan şəhərcikdə rayonun Hal kənd, Dəmirçilər kənd və Qubadlı şəhər 4 saylı tam orta məktəbləri, Gigiyena və Epidemiologiya Mərkəzi, 140 yerlik Qubadlı şəhər 1 saylı körpələr evi-uşaq bağçası, Mahruzlu kənd həkim məntəqəsi və rayon rabitə qovşağının poçt agentliyi, Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində salınmış şəhərcikdə Kavdadıq və Əliquluuşağı kənd tam orta məktəbləri və Qubadlı şəhər 2 saylı körpələr evi-uşaq bağçası fəaliyyət göstərir.

Yeni yaradılan şəhərciklərdə sakinlərin əməkhaqlarının, təqaüdlərinin və yemək-xərci müavinətlərinin rahat şəkildə almaları üçün "Kapital Bank”a müraciət əsasında ərazidə bankomat quraşdırılıb. Sumqayıt şəhər 8-ci mikrorayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı 17 nömrəli orta məktəbin yardımçı binasının qəzalı vəziyyətə olan hissəsində beton-bərkitmə işləri aparılıb, Sumqayıt şəhər "Yaşıldərə” yaşayış massivində, "Ceyranbatan bağları” yaşayış massivində, Sumqayıt şəhər "Beton Zavod” adlanan ərazidə məcburi köçkünlərin yığcam yaşadıqları ərazilərdə məhəlləarası yollara asfalt örtüyü döşənib. Daxil imkanlar hesabına aztəminatlı ailələrə, yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə və digər məsələlərin həlli üçün maddi yardımlar göstərilib.

Rayonun ümumi gəlirlərinin proqnoz məbləği 2 milyon 515 min manat, yerli gəlirlər üzrə proqnoz məbləği 2 milyon 278 min manat olub. Yerli gəlirlərdən daxilolmalar 4 milyon 371 min 889 manat təşkil edib ki, bu da nəzərdə tutulandan 2 milyon 93 min 889 manat çoxdur.

Ötən il yerli xərclərin icrası isə 2 milyon 278 min manat proqnoz rəqəminə qarşı 2 milyon 132 min 833 manat və yaxud 93,6 faiz icra olunub. Vergilər şöbəsi 2 milyon 515 min manat plana qarşı 4 milyon 827 min 700 manat vəsait toplayıb.

İclasda kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələrdən, ekologiya, təhsil, səhiyyə, mədəniyyət, idman, gənclər siyasəti üzrə görülən işlərdən söz açılıb, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb.

Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Ağaəli Əhmədov çıxış edərək 2019-cu ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb.

Sonda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Akif ƏLİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM