25 Fevral 2020 19:22
469
SİYASƏT
A- A+

27, 50, 110 saylı seçki dairələri üzrə bəzi məntəqələrdə səsvermənin nəticələri ləğv edilib


Mərkəzi Seçki Komissiyasının fevralın 25-də keçirilən iclasında 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizədliyi qeyd alınmış Gülməmməd Abdullazadənin müraciətinə baxılıb.

AZƏRTAC xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q.Orucov bildirib ki, araşdırma nəticəsində 34 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. "Təklif edirəm ki, həmin məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın", -deyə MSK üzvü bildirib. Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

İclasda, həmçinin 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Əflan İbrahimovun müraciətinə baxılıb. MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırma nəticəsində 9 seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Təklif olunub ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab olunsun. Təklif səsə qoyularaq qəbul edilib.

Daha sonra iclasda 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədlər Nurlana Cəlil və Fariz Həsənlinin müraciətinə baxılıb. MSK üzvü Bəxşeyş Əsgərov bildirib ki, müraciətlər eyni məzmunda olduğundan bir icraatda birləşdirilib. Araşdırma nəticəsində 2 seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar aşkarlanıb. Müzakirələrdən sonra bu dairə üzrə 24 və 26 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video