Alternative content

18:31 28 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şuşa Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda 2019-cu ilin yekunları müzakirə olunub
Şuşa Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda 2019-cu ilin yekunları müzakirə olunub
ANA SƏHİFƏ / SİYASƏT
18:15 25.02.2020

2020-ci il fevralın 25-də Şuşa Rayon İcra Hakimiyyətində ötən ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə və fevralın 3-də Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransındakı nitqlərindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, yığıncaqda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri üzrə şöbəsinin sektor müdiri Ağa-Əli Əhmədov, məsul əməkdaşlar, icra nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisələrin rəhbərləri, ziyalılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad ediblər. Sonra yığıncaq iştirakçıları Şuşa rayonu üzrə 2019-cu ilin yekunlarını əks etdirən statistik göstəricilərlə bağlı stendlərlə tanış olublar.

İclas Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb.

Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov hesabat məruzəsində dövlətimizin başçısının tapşırıq və tövsiyələr barədə geniş məlumat verib, əldə olunmuş uğurlardan, mövcud nöqsanlardan və qarşıda duran vəzifələrdən danışıb.

B.Səfərov Şuşa rayonu üzrə görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verərək bildirib ki, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin işi daim diqqət mərkəzində olub, bu sahələrin fəaliyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilib. O, vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələlərinin diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Hesabat məruzəsi ətrafında rayon təhsil şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Məşğulluq Mərkəzinin direktoru Vəsilə Xəlilova, DSMF-nin Şuşa rayon şöbəsinin müdiri Sarı Bərxudarov, rayon icra hakimiyyəti başçısının Səfixanlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Amil Əliyev çıxış edərək, 2019-cu ildə aidiyyəti sahələr üzrə görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən bəhs ediblər. Çıxış edənlər Prezident İlham Əliyevin müdrik siyasətini dəstəklədiklərini, işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına inamlarını bildiriblər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ağa-Əli Əhmədov yığıncaqda çıxış edərək, 2019-cu ildə ölkəmizdə bütün sahələrdə əldə olunmuş uğurlar haqda ətraflı məlumat verərək 2020-ci ildə şuşalılara uğurlar arzulayıb.

Yığıncağın sonunda iclasın gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar layihəsi oxunub və yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirak edənlər fəxri fərmanlarla təltif olunublar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM