Alternative content

00:57 20 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:41 20.10.2020 BİLDİRİŞ
00:41 20.10.2020 E l a n
00:39 20.10.2020 BİLDİRİŞ
00:39 20.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətəndaşların təklifləri mədəniyyətin inkişafına həssas münasibətdən xəbər verir
Vətəndaşların təklifləri mədəniyyətin inkişafına həssas münasibətdən xəbər verir
ANA SƏHİFƏ / Mədəniyyət
16:11 25.02.2020

Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 25-də Masallı rayonunda vətəndaşlarla görüşündən sonra mətbuata açıqlama verib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, hər ay regionlarda vətəndaşların qəbulu keçirilir və bu görüşlərdə vətəndaşlar tərəfindən mədəniyyətin müxtəlif istiqamətlərində məsələlər qaldırılır.

AZƏRTAC xəbər verir ki, nazir bütün bu görüşlərin insanların mədəniyyətin inkişafına həssas münasibətini ortaya qoyduğunu söyləyib: "Bugünkü qəbulda da dəyərli təkliflər, müraciətlər səsləndirildi. Onların sırasında muzeylərdə uşaqlar üçün xüsusi proqramların tərtib olunması, ustad dərslərinin keçirilməsi, tarixi abidələrin qorunması, bərpa və konservasiyası kimi məsələləri əhatə edirdi. Qeyd edilən məsələlərin həlli ilə bağlı atılan addımlar mədəniyyət sahəsinin inkişafına öz töhfələrini verir”.

Əbülfəs Qarayev Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri və səfər zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı istiqamətində görülən işlərə toxunub. Bildirib ki, bu il ərzində İtaliyada Azərbaycana həsr olunmuş silsilə tədbirlər keçiriləcək: "Bu tədbirlər həm Heydər Əliyev Fondu, həm də Mədəniyyət Nazirliyi tərəfindən ilboyu davam etdiriləcək. Xüsusilə qeyd etmək istərdim ki, İtaliyada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. O, cümlədən İtaliyada təşkil olunan beynəlxalq tədbirlərdə də ölkəmiz fəal iştirak edir. İtaliyanın elmi, mədəni mərkəzləri ilə çox sıx əlaqələrimiz var. Bu yaxınlarda da nümayəndə heyətimiz növbəti dəfə Venesiyada keçiriləcək beynəlxalq tədbirə qatılacaq”.

Masallıya səfəri çərçivəsində nazir rayonunun bir sıra mədəniyyət müəssisələrinə baş çəkib, onların fəaliyyəti ilə maraqlanıb.
ƏTRAFLI
hunergroup.az

Əbülfəs Qarayev ilk olaraq Masallı rayon Mərkəzi Kitabxanasının fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) tərkibində 1 mərkəzi, 1 uşaq, 3 şəhər və 49 kənd kitabxana filialı fəaliyyət göstərir. Kitabxanalarda oxucuların rahatlığını təmin etmək üçün lazımi şərait yaradılıb.

Masallı rayon onbirillik İncəsənət məktəbinə gələn nazirə məktəbin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, məktəbdə tədris prosesi müasir tələblər səviyyəsində həyata keçirilir.

Əbülfəs Qarayev sonra Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində olub. Bildirilib ki, Tarix-diyarşünaslıq muzeyi 1963-cü ildə rayonun tanınmış ziyalısı Rəhim Kərim oğlu Tağıyevin şəxsi təşəbbüsü ilə ictimai əsaslarla fəaliyyətə başlayıb. Əvvəllər muzeyin əşyaları Hişkədərə kənd orta məktəbində nümayiş olunub. Respublikada muzeylərin yenidən qurulması sahəsində aparılan tədbirlər nəticəsində Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün müasir tələblərə cavab verən yeni bina inşa olunub. Hişkədərə kəndində yerləşən muzeyin eksponatları 2016-cı ilin may ayından rayon mərkəzindəki yeni binaya köçürülüb.

Nazir daha sonra Masallı Rayon Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə tanış olub. Qeyd edilib ki, 1984-cü ildə yaradılan qalereyada 97 əsər saxlanılır. Onlardan 46-sı rəngkarlıq, 37-si qrafika, 7-si heykəltəraşlıq, digər 7-si isə tətbiqi sənət nümunəsidir.

Nazir mədəniyyət müəssisələrinin fəaliyyəti ilə bağlı müvafiq tövsiyə və tapşırıqlar verib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM