Alternative content

18:14 28 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İraq qəzetində Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə dair məqalə dərc olunub
İraq qəzetində Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə dair məqalə dərc olunub
ANA SƏHİFƏ / SİYASƏT
16:08 25.02.2020

İraqın "Kul Al-Akbaar” qəzetində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdən bəhs edən məqalə dərc olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycanın İraqdakı səfirliyindən məlumat verilib.

Dərc olunan məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin dəmir məntiqi, tarixi faktlara əsaslanan çıxışına yer ayrılıb, ölkəmizin haqlı mövqeyindən bəhs edilib.

Qəzetin həmin nömrəsində dərc olunan digər məqalənin müəllifi İraq Prezidentinin keçmiş müşaviri Hassan Faşzi Jasimə tərəfindən yazılıb. Yazıda göstərilib ki, Ermənistan Xocalı şəhərini işğal edərək dəhşətli qətliam törədib ki, bu beynəlxalq aləm tərəfindən soyqırımı kimi qəbul edilir. Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin motoatıcı alayı ilə birgə Xocalı şəhərini zəbt etməsindən, dinc əhliyə qarşı soyqırımı aktı həyata keçirməsindən bəhs olunur. Bildirilir ki, Xocalının işğalı zamanı bir gecədə 613 nəfər, о cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, yüzlərlə insan əsir və girov götürülüb. Xocalı şəhəri yerlə-yeksan edilib, evlər və sosial infrastruktur tamamilə dağıdılıb.

Məqalə, həmçinin Azərbaycan-İraq əlaqələrindən, əməkdaşlığın geniş perspektivlərindən bəhs olunur. Azərbaycanın İraq üçün əhəmiyyətli ölkə olduğu vurğulanır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM