25 Fevral 2020 16:07
419
DÜNYA
A- A+

İranda koronavirusdan ölənlərin sayı artıb


İranda koronavirusa yoluxanların sayı 917 nəfərə çatıb. Yoluxanlardan 18 nəfəri həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın səhiyyə nazirinin müavini İrəc Herirçi verib. Onun sözlərinə görə apteklər tibbi maska və spirt ilə təchiz edilib. Buna baxmayaraq bu gün Savə şəhərində daha 2 nəfərin koronavirusdan öldüyü məlum olub. İSNA xəbər agentliyi yazır ki, hərarətinin yüksəlməsindən şikayət edən 2 nəfər qadın xəstəxanaya müraciət edib və onlarda koronavirus aşkar edilib. Həkimlərin səylərinə baxmayaraq hər iki qadın həyatını itirib. Artıq İraqın müqəddəs Nəcəf şəhərində də 2 nəfərdə virus aşkar edilib. İraqın Nəcəf və Kərbəla şəhərlərinə ziyarətə gələnlərin səfərləri məhdudlaşdırılıb. İraq İran ilə sərhədlərini bağlayıb, təyyarə reysləri qeyri-müəyyən vaxta kimi dayandırılıb. Yəməndə də İrandan gələn 2 nəfərdə virus aşkarlanıb və onlar da təcili olaraq karantina alınaraq xəstəxanaya yerləşdiriliblər. Yəmən hökuməti də İran ilə hava əlaqəsini müvəqqəti olaraq dayandırıb.

Bu gün Dünya Səhiyyə Təşkilatının bir qrup mütəxəssisi İrana gələcək. Səfərin məqsədi ölkədəki vəziyyəti dəyərləndirmək və lazımı tədbirlərin həyata keçirilməsi üçün İran hökumətinə yardım etməkdir.

Xatırladaq ki, İrana qarşı tətbiq edilən sanksiyalar virus ilə mübarizəni ləngidir və çətinləşdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video