25 Fevral 2020 16:05
419
SİYASƏT
A- A+

Monteneqro mətbuatında Xocalı soyqırımı barədə məqlələr dərc olunub


Monteneqro mətbuatında Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş məqalələr dərc edilib.

AZƏRTACxəbər verir ki, məqalələrdə erməni qəsbkarları tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı əhalisinə qarşı törədilmiş vəhşiliklərdən geniş bəhs olunur.

Bildirilir ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-nin taleyi indi də məlum deyil.

Qeyd olunur ki, Xocalı faciəsini törədən Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirdi, daha yeddi rayonu işğal edərək Dağlıq Qarabağ sərhədini keçdi və nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.

Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə siyasi və hüquqi qiymət verilib. 1994-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti fevralın 26-nı Xocalıda Soyqırım Günü elan edib.

Yazılarda, həmçinin Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və təcavüzkarın ifşa olunması istiqamətində atılan addımlardan bəhs olunur. Bildirilir ki, 2008-ci il mayın 8-dən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində 70-dən çox ölkədə müxtəlif tədbirlər təşkil edilib. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı, həmçinin ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırım olaraq dəyərləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video