Alternative content

00:57 09 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xarici İşlər nazirinin müavini BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında iştirak edir
Xarici İşlər nazirinin müavini BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında iştirak edir
ANA SƏHİFƏ / SİYASƏT
10:13 25.02.2020

Fevralın 24-də BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksəksəviyyəli seqmenti işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Cenevrədə işçi səfərdə olan Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Ramiz Həsənov sözügedən seqmentin açılışında iştirak edib.

Açılış mərasimində BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Tijjani Muhammad-Bande, BMT-nin Baş katibi Antonio Quterreş, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başele və İsveçrənin Xarici İşlər naziri İqnasio Kassis tərəfindən nitqlər səsləndirilib. Üç gün davam edəcək yüksəksəviyyəli seqmentdə 100-dən çox ölkənin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və onların müavinləri iştirak edirlər.

Cenevrəyə səfəri çərçivəsində fevralın 24-də Xarici İşlər nazirinin müavini R.Həsənov, həmçinin Andorranın Xarici İşlər naziri Mariya Ubax ilə görüşüb. Görüşdə tərəflər iki dövlət arasında hazırki əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib və bütün sahələr, xüsusilə də iqtisadi, ticarət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Həmin gün R.Həsənovun Cənubi Afrika Respublikasının Xarici Əlaqələr və Əməkdaşlıq nazirinin müavini Alvin Botes ilə də görüşü baş tutub. Görüşdə iki dövlət arasında qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. CAR Azərbaycanla çoxtərəfli formatda əməkdaşlıq xüsusunda ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində fəaliyyətini yüksək qiymətləndirib və bu ölkə tərəfindən Azərbaycan sədrliyinə daim dəstək göstəriləcəyini vurğulayıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM