24 Fevral 2020 22:01
514
SİYASƏT
A- A+

Haaqada Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib


Niderlandın Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Niderland Azərbaycan-Türk Kültür dərnəyinin təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov, Türkiyənin Niderland Krallığındakı səfirliyinin müşaviri Alper Yüksel, ölkə parlamentinin millət vəkilləri Kris Van Dam, Mişel Roqir, jurnalist Cek Kroes, Azərbaycan diasporunun və dost xalqların nümayəndələri iştirak ediblər.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatırəsi bir dəqiqəlik sükutla yad edilib.

Dərnəyin sədri İlhan Aşkın, səfir Fikrət Axundov, səfir müavini Alpər bəy, millət vəkilləri Kris Van Dam, Mişel Roqir və başqaları çıxış edərək Xocalı soyqırımının təkcə Azərbaycan xalqının deyil, bütün insanlığın faciəsi olduğunu, belə dəhşətli hadisələrin gələcəkdə təkrarlanmaması üçün bütün dünya dövlətlərinin və xalqlarının birgə fəaliyyət göstərmələrinin vacibliyini bildiriblər.

Sonra mərasim iştirakçıları Haaqa şəhərindəki Xocalı abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyulub və Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub. Xocalı şəhidlərinin heç bir zaman unudulmayacağı, bu amansız cinayəti törədənlərin cəzalandırılması üçün sonadək mübarizə aparılacağı, dünya KİV-ləri və sosial şəbəkələr vasitəsilə mütəmadi olaraq Xocalı həqiqətlərinə diqqət cəlb ediləcəyi vurğulanıb.

Qeyd edək ki, Niderland Azərbaycan-Türk Kültür dərnəyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş tədbirlər davam edir. Fevralın 26-da dərnəyin təşkilatçılığı ilə Ermənistanın Haaqa şəhərindəki səfirliyinin qarşısında etiraz aksiyasının keçirilməsi də nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video