24 Fevral 2020 21:52
697
Mədəniyyət
A- A+

“France2” kanalında “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin 2-ci hissəsi yayımlanıb


Heydər Əliyev Fondu və Fransadakı səfirliyimizin dəstəyi ilə hazırlanmış "Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filminin 2-ci hissəsi "France2” televiziya kanalının "İslam” verilişində yayımlanıb.

AZƏRTAC xəbər verir ki, filmdə XIX əsr Azərbaycanda neft bumundan, Xalq Cümhuriyyətindən, birinci parlamentin Azərbaycanın müstəqilliyi haqqında bəyanatından, qadınlara səsvermə hüququnun verilməsindən, ilk qızlar məktəbinin açılmasından bəhs olunur.

1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi, sovet rejiminin yaratdığı çətinliklərə baxmayaraq Ulu Öndərin sayəsində ölkəmizin Sovet İttifaqının aparıcı respublikalarından birinə çevrilməsindən söz açılıb.

1990-cı ildə Bakıda müstəqillik uğrunda Azərbaycan xalqının ayağa qalxmasından, sovet tankları tərəfindən dinc insanların gülləboran edilməsindən danışılıb. Bildirilib ki, dinc sakinlərin gülləboran edilməsi xalqın azadlıq arzusunu boğa bilməyib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi və səyi ilə Azərbaycanın müstəqilliyi əbədiyaşarlıq qazanıb. Filmdə 90-cı illərdə baş vermiş hadisələri əks etdirən fraqmentlər göstərilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açılan filmdə, ölkəmizin müstəqilliyinin asanlıqla əldə edilmədiyi bildirilib.
Ölkəmizdə qadınların ölkə həyatının bütün sahələrində təmsil olunmasından, sosial –siyasi inkişafda rolundan danışılıb. Azərbaycan multikulturalizmi geniş şəkildə təqdim olunub. Müxtəlif dinlərin nümayəndələrinin dini rituallarını azad şəkildə həyata keçirilməsi göstərilib.

Kanalın çəkiliş qrupu göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna və Fransadakı səfirliyimizə təşəkkürlərini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video