Alternative content

16:11 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Muxtar respublikanın dağlıq ərazisində keçirilən taktiki-xüsusi təlim uğurla başa çatıb
Muxtar respublikanın dağlıq ərazisində keçirilən taktiki-xüsusi təlim uğurla başa çatıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:17 24.02.2020

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində "Qar uçqunlarının nəticələrinin aradan qaldırılması zamanı axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlim uğurla başa çatıb.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Batabat Dövlət Təbiət Qoruğu ərazisində keçirilən təlimə nazirliyin Mülki Müdafiə Alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin 36 nəfərdən ibarət xilasedicisi və kinoloqları cəlb edilib.

Təlimin gedişində şərti olaraq dağlarda qar uçqunun yaranması ilə qar altında qalmış insanların axtarışının həyata keçirilməsi üçün bölmələr hadisə rayonuna yürüş keçirərək hərəkət marşrutlarının bağlanmış hissələrinin qardan təmizlənməsi və hərəkətin bərpa olunmasını təmin ediblər. Qar uçqunu yerinə çatan xilasedicilər və kinoloqlar ərazinin vizual kəşfiyyatını aparıb, daha sonra təhlükəsizlik qaydalarına əməl etməklə xüsusi təyinatlı itlərlə, "Biper” cihazı və axtarış şupları vasitəsilə qar uçqunu altında qalmış insanların axtarışını həyata keçirərək onların yerlərini müəyyən edib, axtarışın nəticələri barədə qrup rəhbərlərinə məruzə ediblər.

Növbəti mərhələdə zərərçəkənlərin xilas edilməsi alpinist avadanlıqlarının və digər şans alətlərinin köməyi ilə xilasedicilər tərəfindən aparılıb, zərərçəkənlərə donvurmaya qarşı ilk tibbi yardım göstərilərək yaxınlıqdakı xəstəxanaya təxliyəsi həyata keçirilib.

Təlimin məqsədi beynəlxalq təlimlərdə iştirak etmiş nazirliyin xilasedicilərinin qazandığı təcrübənin digər xilasedicilərə öyrədilməsi, qar sürüşməsi zamanı kinoloqların xüsusi təyinatlı itlərin, eləcə də xüsusi təyinatlı "Biper” aparatı və şupların vasitəsilə xilasedicilərin axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, zərərçəkənlərə ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, xilasetmə işləri zamanı təhlükəsizlik qaydalarına riayət olunmaqla xilasedicilərdə dözümlülük vərdiş və bacarıqların aşılanması, dağlıq ərazidə qış mövsümündə müvəqqəti düşərgənin salınması qaydalarının xilasedicilərə öyrədilməsindən ibarət olub.

Təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM