24 Fevral 2020 16:14
502
SİYASƏT
A- A+

Almaniya qəzeti: “Ermənilər törətdikləri cinayətə görə cavab verməlidirlər”


Almaniyanın "der Freitag” həftəlik qəzetində Xocalı soyqırımından bəhs edən "Ermənilər törətdikləri cinayətə görə cavab verməlidirlər” başlıqlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, yazıda Xocalı soyqırımının ermənilər tərəfindən hazırlanması, həyata keçirilməsi və mahiyyəti barədə geniş məlumat verilib.

Diqqətə çatdırılıb ki, bu soyqırımını həyata keçirərək uşaqları, qoca və qadınları qətlə yetirib cəsədlərini təhqir etməklə ermənilər əsl mahiyyətlərini ortaya qoymuş oldular. Qeyd edilib ki, erməni silahlıları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal edərək görünməmiş qətliam törətdilər. Şəhər yerlə-yeksan edildi, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdıldı və yandırıldı. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirildi, yüzlərlə mülki insan ağır yaralandı. 1275 nəfər girov götürüldü və onların 150-sinin taleyi barədə heç bir məlumat yoxdur.

Dərc olunmuş yazıda Xocalı soyqırımında Ermənistan siyasi elitasının iştirakına diqqət çəkilərək bu ölkənin keçmiş prezidenti Serj Sarkisyan, Müdafiə naziri Seyran Ohanyanın adları qeyd olunub və baş vermiş qətliamda birbaşa iştirak etmiş Serj Sarkisyanın ingilis jurnalisti Tomas de Vala verdiyi müsahibədən sitat gətirilir, onun Xocalı soyqırımında birbaşa iştirak etdiyini və bu hadisələri fəxr hissi ilə dilə gətirdiyi bildirilib. Bununla yanaşı, məqalədə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr haqda da məlumat verilir. Vurğulanır ki, bu qətnamələr Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir və işğal olunmuş ərazilərdən Ermənistan hərbi birləşmələrinin tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hərbi təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub və işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurdlarını tərk etməyə məcbur edilib. Bir sıra beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərdə də Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub, Ermənistanın işğalçılıq siyasətinin qəbuledilməz olduğu bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video