Alternative content

03:19 06 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
17:57 05.04.2020 Bilirsənsə güclüsən
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avstraliyanın Melburn şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
Avstraliyanın Melburn şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
12:40 24.02.2020

Avstraliyanın Melburn şəhərində Viktoriya Azərbaycan Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş "Xocalıya ədalət” adlı anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Melburnda yaşayan Azərbaycan icmasının üzvləri, diplomatik korpusun əməkdaşları, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələri iştirak ediblər.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Melburnda yaşayan Azərbaycan icmasının nümayəndəsi Mirzə Mediyevin müəllifi olduğu "Ölüm dəhlizi” adlı poema ingilis və rus dillərinə tərcümə edilərək tədbir iştirakçlları arasında paylanıb.

"Xocalıya Ədalət” sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycanınn Avstraliyadakı diplomatik nümayəndəliyini rəhbəri Ramil Qurbanov qeyd edib ki, Xocalı faciəsi Ermənistan dövlətinin Azərbaycana və xalqımıza qarşı təcavüzkar siyasətinin tərkib hissəsidir. Məhz bu siyasət beynəlxalq hüquq normalarının və prinsiplərinin, insan hüquqlarının pozulmasına səbəb olub. Diplomatımız xatırladıb ki, ermənilər tarix boyu xalqımıza qarşı törətdikləri qırğınlarla Azərbaycan ərazilərinin işğalına can atıblar.

Türkiyənin Avstraliyanın Melburn şəhərindəki baş konsulu Arif Əsər Torun çıxış edərək bildirib ki, Xocalı faciəsi yalnız Azərbayycanın deyil, həmçinin Türkiyənin faciəsidir və həmin qanlı hadisələr zamanı ermənilər tərəfindən törədilən vəhşiliklər Türkiyə cəmiyyətinə də güclü təsir göstərib.

Tədbirdə çıxış edən Türkiyə konsulluğunun katibi Yaqub Əroğlu isə Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin pisləyərək, Dağlı Qarabağın və ətraf rayonların tezliklə azad ediləcəyinə əminliyini bildirib.

Faciənin mahiyyəti barədə Tomas De Valın müəllifi olduğu ingilis dilində yazılmış "Black garden” kitabı da tədbirdə nümayiş olunub. Qeyd edilib ki, burada əksini tapmış faktlar hadisələrin əsil mahiyyətinin dərk olunması baxımından çox əhəmiyyətlidir.

Tədbirin sonunda təşkilatçılar adından iştirakçılara minnətdarlıq ifadə edilib, bildirilib ki, belə müzakirələr Xocalı soyqırımı kimi hadisələrin bir daha təkrar olunmaması baxımından xüsusi əhəmiyyətə malikdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM