Alternative content

15:42 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 320, 326, 337 və 342 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 320, 326, 337 və 342 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
ANA SƏHİFƏ / MSK
09:40 24.02.2020

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 18 saylı Nərimanov – Nizami seçki dairəsi üzrə qeydə alınmış namizədlər Niftiyev Namik Yolu oğlu, Həsənov Vüqar Hüseyn oğlu, Qasımov Oktay Yusif oğlu və Sadiqov Gündüz Rafiq oğlu 2020-ci il fevralın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 16/48 saylı, 16/49 saylı və 16/47 saylı qərarlarını mübahisələndirmiş və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

Şikayətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

N.Y.Niftiyev, V.H.Həsənov, O.Y.Qasımov və G.R.Sadiqov müraciətlərində səsvermə günü 18 saylı Nərimanov – Nizami seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının baş verdiyini, həmin seçki məntəqələrinin bəzilərində pozuntuları təsdiq edən video görüntülərin olduğunu iddia edərək, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişlər.

Araşdırma ilə bağlı şikayətçilər ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onların araşdırma və Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

N.Y.Niftiyev, V.H.Həsənov, O.Y.Qasımov və G.R.Sadiqovun müraciətlərinin araşdırılması səsvermə günü seçki dairəsinin seçki məntəqələrində baş vermiş qanun pozuntuları ilə əlaqədar sosial şəbəkələrdə yerləşdirilmiş görüntülər və namizədlər tərəfindən təqdim olunmuş digər seçki materiallarını əhatə etmişdir.

İddia edilən pozuntularla əlaqədar olaraq namizədlər N.Y.Niftiyev, V.H.Həsənov, O.Y.Qasımov və G.R.Sadiqov dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən onların şikayətləri araşdırılmış, dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli müvafiq olaraq 16/48 saylı, 16/49 saylı və 16/47 saylı qərarları ilə müraciətləri əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma zamanı namizədlərin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, vəkil edilmiş şəxslər və səlahiyyətli nümayəndələr tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

Sosial şəbəkələrdə paylaşılan video görüntülərin araşdırılması zamanı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilməmişdir.

Araşdırma zamanı məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına təhvil verilən səsvermənin nəticələrinə dair yekun protokolların müraciətə əlavə edilmiş protokol nüsxələri ilə müqayisəli tədqiqi zamanı 10 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının protokolunda uyğunsuzluq müəyyən edildiyindən, seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal yaranmışdır. Bu da 10 saylı məntəqə seçki komissiyası üzrə seçkilərin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır.

Göstərilənlərə əsasən müraciətlər qismən təmin edilməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarları hissəvi ləğv edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 18 saylı Nərimanov – Nizami seçki dairəsi üzrə qeydə alınmış namizədlər Niftiyev Namik Yolu oğlu, Həsənov Vüqar Hüseyn oğlu, Qasımov Oktay Yusif oğlu və Sadiqov Gündüz Rafiq oğlunun 20 fevral 2020-ci il tarixli 320, 326, 337 və 342 saylı müraciətləri qismən təmin olunsun, seçki dairəsinin 10 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 16/47 saylı, 16/48 saylı və 16/49 saylı qərarları 10 saylı seçki məntəqəsi üzrə hissədə dəyişdirilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


Digər xəbərlər

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM