Alternative content

16:09 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 332 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 332 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
ANA SƏHİFƏ / MSK
09:35 24.02.2020

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 72 saylı Yardımlı – Masallı seçki dairəsi üzrə qeydə alınmış namizəd Ağayev Sahib Layic oğlu 2020-ci il fevralın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək adıçəkilən seçki dairəsi dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 18/53 və 18/57 saylı qərarlarını mübahisələndirərək həmin qərarlarla razılaşmadığını və faktların yenidən araşdırılmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

S.L.Ağayev müraciətində dairə seçki komissiyasında onun ərizəsinin düzgün araşdırılmadığını, 3 saylı seçki məntəqəsində ciddi qanun pozuntularının baş verdiyini qeyd etmiş, eyni zamanda 13, 26, 35, 38, 39 və 51 saylı seçki məntəqələrində səsvermənin nəticələrini mübahisələndirərək dairə seçki komissiyasının müvafiq qərarlarının ləğv edilməsini, pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, müraciətdə iddia edilən qanun pozuntuları təsdiqini tapmadığı üçün müraciət təmin edilməmişdir.

Araşdırma ilə əlaqədar qeydə alınmış namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. O, araşdırmada iştirak etsə də, Komissiyanın iclasına gəlməmişdir.

Dairə seçki komissiyasından mübahisələndirilən qərarların çıxarılması üçün əsas olmuş sənədlər alınaraq araşdırılmış və müəyyən edilmişdir ki, L.S.Ağayev 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə 72 saylı Yardımlı – Masallı seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularını baş verməsi ilə əlaqədar dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına müraciət etmiş, Mərkəzi Seçki Komissiyası onun şikayətini aidiyyəti üzrə baxılması üçün dairə seçki komissiyasına göndərmişdir. Dairə seçki komissyası 15 fevral 2020-ci ildə hər iki müraciət üzrə müvafiq qərar qəbul edərək həmin qərarları 2020-ci il fevralın 17-də ona çatdırmışdır.

Mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış müxtəlif siyasi partiyaları və namizədləri təmsil edən müşahidəçilərdən, komissiya üzvlərindən və digər seçki subyektlərindən alınmış izahatlardan müəyyən edilmişdir ki, şikayətdə göstərilən pozuntu halları baş verməmişdir. Belə ki, S.L.Ağayevin seçki dairəsinin yalnız 1, 3 və 49 saylı seçki məntəqələrində müşahidəçisi olduğu halda o, digər 6 seçki məntəqəsində qanun pozuntuları baş verdiyini iddia edir. Mübahisələndirilən seçki məntəqələrində səsvermə və səslərin hesablanması seçki qanunvericiliyinin tələblərinə əməl olunmaqla həyata keçirilmiş, hər hansı qanun pozuntusu qeydə alınmamışdır.

S.L.Ağayevin müşahidəçisi olmuş Ağayev Əlinur Sahib oğlu yalnız 3 saylı seçki məntəqəsində seçki prosesini izləmiş, lakin səsvermə başa çatdıqdan sonra seçki məntəqəsində səsvermənin nəticələrinə dair protokolun surətinin şəklini çəkməklə kifayətlənmişdir.

Aparılan araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizəd S.L.Ağayevin müraciətini obyektiv, hərtərəfli və qərəzsiz araşdıraraq onun təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.

Beləliklə, araşdırmanın nəticəsi olaraq müraciətin təmin edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından müraciət təmin edilməməli, dairə seçki komissiyasının qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Qeyd edilməsi zəruridir ki, S.L.Ağayevin eyni məzmunlu müraciətləri üzrə dairə seçki komissiyası 15 fevral 2020-ci ildə keçirilmiş iclasında ayrı-ayrılıqda iki – 18/53 və 18/57 saylı eyni məzmunlu qərar qəbul etməklə seçki qanunvericiliyinin tələblərini pozmuşdur.

Vahid araşdırma ilə qəbul olumuş həmin qərarlardan sonuncusu, 15 fevral 2020-ci il tarixli 18/57 saylı qərar seçki qanunvericiliyinin tələblərinə zidd olduğundan ləğv edilməlidir. Seçki Məcəlləsinin 25.2.22-ci maddəsində göstərilir ki, Mərkəzi Seçki Komissiyası seçki komissiyalarının qanunsuz qərarlarını ləğv edir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 25.2.22-ci, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 72 saylı Yardımlı – Masallı seçki dairəsi üzrə qeydə alınmış namizəd Ağayev Sahib Layic oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 332 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 18/53 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Dairə seçki komisiyasının 15 fevral 2020-ci il tarixli 18/57 saylı eyni məzmunlu qərarı ləğv edilsin.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


Digər xəbərlər

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM