Alternative content

15:43 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 fevral 2020-ci il tarixli 257 saylı və 20 fevral 2020-ci il tarixli 318 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 fevral 2020-ci il tarixli 257 saylı və 20 fevral 2020-ci il tarixli 318 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
ANA SƏHİFƏ / MSK
09:31 24.02.2020
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 12 saylı Qaradağ – Binəqədi – Yasamal seçki dairəsi üzrə qeydə alınmış namizədlər Cəfərov Natiq Mehman oğlu fevralın 17-də və Quliyev Elman Füzuli oğlu fevralın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin bəzi seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 19/63 saylı və 18 fevral 2020-ci il tarixli 21/67 saylı qərarlarını mübahisələndirərək müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişlər.

Müraciətlər eyni məzmunlu olduğundan və 12 saylı Qaradaq – Binəqədi – Yasamal seçki dairəsinin eyni məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilmişdir.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

N.M.Cəfərovun müraciətində göstərilən halların tam, hərtərəfli və obyektiv araşdırılması, iş üzrə zəruri olan bütün məlumatların öyrənilməsi məqsədi ilə araşdırma müddəti Mərkəzi Seçki Komissiyasının 20 fevral 2020-ci il tarixli 28/313 saylı Qərarı ilə artırılmışdır.

Namizədlər N.M.Cəfərov və E.F.Quliyev müraciətlərində iddia etmişlər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə seçki dairəsi üzrə seçki məntəqələrində səsvermədə iştirak edən seçici fəallığı aşağı olmuş, 1, 2, 3, 5, 6, 9, 16, 24, 25, 26, 28 və 32 saylı seçki məntəqələrində səslər düzgün hesablanmamış, müşahidəçilərə təzyiq göstərilmiş və digər qanun pozuntularına yol verilmişdir. Namizədlər dairə seçki komissiyasına təqdim edilmiş müraciətlərin və digər sənədlərinin düzgün araşdırılmadığını iddia edərək, dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 19/63 saylı və 18 fevral 2020-ci il tarixli 21/67 saylı qərarlarının ləğvini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını tələb etmişlər. Namizədlər müraciətlərinə 1 elektron məlumat diski (DVD-disk), 13 ədəd akt və 23 ədəd səsvermənin nəticələrinə dair protokolun nüsxələrini əlavə etmişlər.

Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması onlara izah edilmiş, namizəd N.M.Cəfərovun Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarları və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.

12 saylı Qaradağ – Binəqədi – Yasamal seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarlarını onunla əsaslandırmışdır ki, araşdırma ilə seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları öz təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı sözü gedən seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizədlər N.M.Cəfərov və E.F.Quliyevin müraciətləri əsassızdır və təmin edilməməlidir.

Müraciətlərin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə sözü gedən seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə baxış keçirilmiş, 12 saylı Qaradağ – Binəqədi – Yasamal seçki dairəsinin seçki məntəqələri üzrə hər hansı bir seçki pozuntusu əks olunan görüntü aşkarlanmamışdır.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları dairə seçki komissiyasından tələb edilərək götürülmüş və onlara baxış keçirilmişdir. Səsvermə günü seçki qanunvericiliyinin tələbinə uyğun olaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq qaydada təsdiqlənərək (30 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri haqqında protokol nüsxəsi müvafiq qaydada təsdiqlənməmişdir) müşahidəçilərə verilmiş səsvermənin nəticəsinə dair protokolların nüsxələri ilə məntəqə seçki komissiyaları tərəfindən dairə seçki komissiyasına təhvil verilmiş protokolların müqayisəli araşdırılması aparılarkən 6, 9, 10, 13, 14, 23, 25, 27, 28, 29 və 31 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarında uyğunsuzluq müəyyən edilmişdir.

Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 6, 9, 10, 13, 14, 23, 25, 27, 28, 29 və 31 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən azını təşkil edir.

Belə ki, səsvermənin nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı 11, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 37-dir.

Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Araşdırma zamanı adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən, müxtəlif siyasi partiyaların müşahidəçiləri də daxil olmaqla digər seçki subyektlərindən müvafiq izahatlar alınaraq nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən seçki məntəqələri istisna olmaqla, digər seçki məntəqələrində seçki qanunvericiliyinin tələblərinin pozulması halları öz təsdiqini tapmamışdır.

Beləliklə, qeydə alınmış namizədlər N.M.Cəfərov və E.F.Quliyevin müraciətləri qismən təmin edilməli, 6, 9, 10, 13, 14, 23, 25, 27, 28, 29 və 31 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab olunmalı, dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 19/63 saylı və 18 fevral 2020-ci il tarixli 21/67 saylı qərarları həmin seçki məntəqələri üzrə hissədə ləğv edilməli, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 12 saylı Qaradağ – Binəqədi – Yasamal seçki dairəsi üzrə qeydə alınmış namizədlər Cəfərov Natiq Mehman oğlunun 2020-ci il 17 fevral və Quliyev Elman Füzuli oğlunun 2020-ci il 20 fevral tarixli müraciətləri qismən təmin olunsun, həmin seçki dairəsinin 6, 9, 10, 13, 14, 23, 25, 27, 28, 29 və 31 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılsın.

2. Dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 19/63 saylı və 18 fevral 2020-ci il tarixli 21/67 saylı qərarları 6, 9, 10, 13, 14, 23, 25, 27, 28, 29 və 31 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov



Digər xəbərlər

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM