23 Fevral 2020 07:46
450
SİYASƏT
A- A+

YAP könüllüləri tərəfindən Gürcüstanda yaşayan soydaşlarımız üçün toplanan dərsliklərin təqdimatı olub


Fevralın 22-də Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyində YAP könüllüləri tərəfindən Gürcüstanda yaşayan soydaşlarımız üçün toplanan dərsliklərin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Prezident İlham Əliyevin elan etdiyi "Könüllülər ili” çərçivəsində görülən işlərdən danışıb. Bildirib ki, "Könüllülərlə maariflənək” şüarı altında Yeni Azərbaycan Partiyasının və "Azərkitab” Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə YAP könüllüləri Gürcüstanda yaşayan soydaşlarımızın istəyini nəzərə alaraq "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib.

Qeyd edilib ki, ölkəmizdə könüllülər hərəkatı böyük vüsət alıb, YAP Gənclər Birliyi "Könüllülər ili” çərçivəsində paytaxtda və regionlarda müxtəlif tədbirlərin keçirilməsini nəzərdə tutur.

S.Orucov təqdim olunan layihənin də gənclər tərəfindən maraqla qarşılanacağına inandığını söyləyib.

YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Misirxan Həsənov aksiya haqqında ətraflı məlumat verib. O bildirib ki, Gürcüstanda yaşayan gənc soydaşlarımız üçün bir ay ərzində 500 adda 2000 nüsxə kitab toplanıb. Bu kitablar Azərbaycan dilində nəşr olunmuş, yerli və dünya ədəbiyyatını, dərslikləri və uşaq ədəbiyyatını əhatə edir.

M.Həsənov vurğulayıb ki, ilk mərhələdə fevralın 23-də 800 nüsxə kitab Tbilisidə 64 saylı Azərbaycan məktəbinin kitabxanasına təhvil veriləcək. Bu aksiya davamlı olacaq. Layihənin məqsədi odur ki, harada yaşamasından asılı olmayaraq azərbaycanlı gənclər özlərini yalnız hiss etməsinlər, Azərbaycan gəncliyi hər zaman həmrəy olsun.

Tədbir mövzu üzrə müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video