Alternative content

12:38 28 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 315 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 315 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
07:42 23.02.2020


Qərar № 30/350


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 125 saylı Zəngilan - Qubadlı seçki dairəsində müşahidəçi qismində çıxış edən Əyyubov İsmayıl Qulu oğlu 2020-ci il fevralın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 15 fevral 2020-ci il tarixli 37/172 saylı qərarını mübahisələndirmiş və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Komissiyanın iclasında iştirak etməyə dəvət olunmuş, lakin gəlməmişdir.

Ərizəçi 125 saylı Zəngilan - Qubadlı seçki dairəsinin dairə seçki komissiyasına müraciət edərək səsvermə günü yuxarıda göstərilən seçki dairəsinin 11 saylı seçki məntəqəsində seçki qanunveriçiliyinin tələblərinin pozulduğunu iddia etmiş, həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir. Eyni zamanda o bildirmişdir ki, müraciəti dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 37/172 saylı qərarı ilə əsassız olaraq təmin edilməmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər tələb edilərək alınıb araşdırılmışdır.

Araşdırma zamanı müşahidəçinin mübahisələndirdiyi seçki məntəqəsi üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqəsində səsvermə prosesini müşahidə etmiş digər müşahidəçilər, məntəqə seçki komissiyasının sədri, katibləri, üzvləri, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

Göstərilənlərə əsasən müraciət təmin edilməməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 125 saylı Zəngilan - Qubadlı seçki dairəsində müşahidəçi qismində çıxış edən Əyyubov İsmayıl Qulu oğlunun 20 fevral 2020-ci il tarixli 315 saylı müraciəti təmin edilməsin, 125 saylı Zəngilan - Qubadlı seçki dairəsi dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 34/172 saylı qərarı dəyişdirilmədən saxlanılslın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

22.02.2020



Digər xəbərlər

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM