Alternative content

13:46 28 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli 299 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli 299 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
07:39 23.02.2020


Qərar № 30/360


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 6 saylı Culfa - Babək seçki dairəsi üzrə qeydə alınmış namizəd Aslanov Mətləb Məhərrəm oğlu 2020-ci il fevralın 19-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 40/690 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizəd M.M.Aslanov müraciətində iddia etmişdir ki, səsvermə günü seçki dairəsinin bir sıra seçki məntəqələrində müşahidəçilərə müşahidə aparılmasına şərait yaradılmamış, səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq, məntəqə seçki komissiyaları tərəfindən bu say artırılmış, səsvermənin nəticələri haqqında protokol seçki məntəqəsində tərtib edilməmiş və digər qanun pozuntularına yol verilmişdir.

Eyni zamanda namizəd N.T.Qənbərov seçkilər elan edilən vaxtdan namizədliyin qeydə alınması üçün imza toplama mərhələsində, həmçinin namizədliyin qeydə alınması və seçkiqabağı təşviqat dövründə həmin seçki dairəsi üzrə pozuntuların olmasını, səsvermə günü isə seçki dairəsinin 1, 6, 7, 9, 10, 11, 12, 21, 22 və 26 saylı seçki məntəqələrində foto və video çəkilişin aparılmasına imkan yaradılmadığını, səslərin hesablanması zamanı qanun pozuntusuna yol verildiyini və səsvermənin nəticələri haqqında protokolun surətinin onun müşahidəçilərinə verilməməsini iddia etmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizəd M.M.Aslanov 6 saylı Culfa - Babək seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayət araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyasından araşdırma materialları tələb edilərək digər sənədlərlə birlikdə araşdırılmışdır.

Namizəd M.M.Aslanovun müraciətinin səsvermə gününədək iddia edilən qanun pozuntuları hissəsi ilə bağlı qeyd edilməlidir ki, həmin pozuntular Seçki Məcəlləsi ilə müəyyən edilmiş şikayətvermə müddəti ötürülməklə mübahisələndirildiyindən onlar üzrə araşdırma aparılması istisna olunur.

Araşdırma ilə seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş verməsi iddia olunan qanun pozuntuları öz təsdiqini tapmamış və bu hal ayrı-ayrı seçki məntəqələri üzrə səslərin sayılmasının müşahidəsini həyata keçirmiş müxtəlif maraqları təmsil edən müşahidəçilərin, namizədlərin, məntəqədə seçki komissiyalarının sədrlərinin, katiblərinin və üzvlərinin verdikləri izahatlarla, həmçinin tərtib edilmiş aktlarla təsdiq olunmuşdur.

Həmçinin səsvermə günü seçki məntəqəsində foto və video çəkilişin aparılmasına imkan yaradılmaması ilə bağlı müraciətdə göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, səsvermə günü müvafiq komissiya tərəfindən foto və video çəkilişə heç bir qadağa qoyulmamışdır. Bu hal araşdırma materiallarına əlavə olunmuş 22 saylı seçki məntəqəsində səslərin hesablanması prosesini müşahidə etmiş namizəd M.M.Aslanovun müşahidəçisinin çəkilmiş fotosu ilə təsdiq olunur.

Daha sonra verilmiş izahatlar, aktlar və əlavə edilmiş digər sənədlərdən görünür ki, səsvermə günü seçki məntəqələrində müvafiq müşahidəçilər tərəfindən seçki qanunvericiliyinin tələblərinə əməl olunmaqla müşahidə aparılmış, Seçki Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmiş müşahidənin aparılması prinsiplərinə əməl olunmuşdur.

Sosial şəbəkələrdə yayılan görüntülər nəzərdən keçirilərkən 6 saylı Culfa - Babək seçki dairəsi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi ilə bağlı görüntülər müəyyən olunmamışdır.

Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Beləliklə, 6 saylı Culfa - Babək seçki dairəsinin bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal müəyyən edilmədiyindən namizəd M.M.Aslanovun 18 fevral 2020-ci il tarixli 299 saylı müraciəti əsassız hesab edilərək təmin edilməməli, həmin dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 40/690 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 6 saylı Culfa - Babək seçki dairəsi üzrə qeydə alınmış namizəd Aslanov Mətləb Məhərrəm oğlunun 19 fevral 2020-ci il tarixli 299 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 40/690 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

22.02.2020



Digər xəbərlər

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM