Alternative content

16:34 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qazaxıstanda bəşəriyyət tarixində törədilən beş soyqırımı qurbanları yad edilib
Qazaxıstanda bəşəriyyət tarixində törədilən beş soyqırımı qurbanları yad edilib
ANA SƏHİFƏ / SİYASƏT
07:37 23.02.2020


Qazaxıstan paytaxtındakı Avrasiya Milli Universitetində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan "Bir də heç zaman: Aşarşılık, Holokost, Kamboca, Xocalı, Ruanda” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Çin, Türkmənistan və Özbəkistandan tələbə və müəllimlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Avrasiya Milli Universitetinin dəstəyi ilə baş tutub.

Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd cəmiyyəti soyqırımlarının ağır nəticələri ilə tanış etməklə, bu cür cinayətlərin törədilməsinin qarşısını almağa çalışmaq və insanları sülhə çağırmaqdır.

Diplomat qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı, eləcə də digər soyqırımı aktları insanların qəlbinə sağalmaz yara vurub. Ona görə də belə halların qarşısını almaq üçün tariximizi bilməli, eyni zamanda bizə yaxın olan xalqların tarixini öyrənməliyik. Müxtəlif ölkələrdə silahlı münaqişələrin baş verdiyi bir dövrdə tolerantlığın və multikulturalizmin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəməməliyik.

Avrasiya Milli Universitetinin prorektoru Akbota Joldasbekova ötən əsrin 30-cu illərində məqsədyönlü şəkildə Qazaxıstanda və Orta Asiyada milyonlarla insanın aclıqdan tələf edilməsinə yönəldilmiş Aşarşılık qətliamını da yad etdiyi üçün Azərbaycan səfirliyinə minnətdarlıq edib, Xocalı soyqırımının daha çox köməksiz qalan yaşlılar, qadın və uşaqları hədəf almasının çox ağrılı olduğunu vurğulayıb.

Digər iştirakçılar da soyqırımlarının xatırlanması, ədalətin bərpa olunması və sülhə çağırış təşəbbüsünü yüksək qiymətləndiriblər. Çıxışlardan sonra tələbələrin Xocalı soyqırımına və Azərbaycan-Qazaxıstan münasibətlərinə dair sualları cavablandırılıb.

Sonda qazaxıstanlı musiqiçilərin bəstələdiyi və Xocalı soyqırımına həsr olunan "Fevral ildırımı” adlı klip nümayiş olunub.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM