Alternative content

13:49 28 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zərərli piy
Zərərli piy
ANA SƏHİFƏ / Səhiyyə
07:32 23.02.2020


Çox zaman xolesterolu (xolestirin) təhlükəli, zərərli maddə kimi təsvir edirlər. Mütəxəssislər isə bildirirlər ki, bu, yanlış fikirdir və xolesterol orqanizmdə hormonların, D vitamininin, həzm fermentlərinin sintezi üçün lazım olan maddədir.

Endokrinoloq Günay Əzimova məlumat verir ki, xolesterol əsasən qaraciyərdə sintez olunan piyə oxşar maddədir (lipid) və orqanizmdə bir çox həyati proseslərdə iştirak edir. Yağ və yağabənzər maddələr sinfində yer alan xolesterol hüceyrə zarının keçiriciliyində, hormonların sintez olunmasında, öd əmələ gəlməsində əvəzedilməz maddədir.Xolesterol lipoproteinlər vasitəsilə bədəndə daşınır. Bunların 2 əsas tipi var: yüksək sıxlıqlı (HDL) və aşağı sıxlıqlı (LDL). Orqanizmdə hər iki növə müəyyən miqdarda ehtiyac duyulur. LDL xolesterolun miqdarının artması ürəyə gedən damarlarda yağ əlavələrinin toplanmasına gətirib çıxarır. Ona görə də LDL "ziyanlı xolesterol” adlanır. HDL xolesterolu isə xeyirli xolesteroldur, çünki vəzifəsi damarlarda toplanan pis xolesterolu alıb qaraciyərə daşımaqdır. Bu xolesterolun miqdarı azalanda isə orqanizm yağ toplantılarından təmizlənə bilmir. Nəticədə ürək xəstəlikləri və infarkt riski artır. Araşdırmalar sübuta yetirib ki, qanda xolesterol artanda ölüm riski də artır”.

G.Əzimova söyləyir ki, xolesterolun qida ilə bədənə daxil olması şərt deyil, çünki orqanizm lazım olan xolesterolu özü sintez edə bilir: "Xolesterolla zəngin olduğu üçün yumurta, ət, qaraciyər, "fast food”, pendir və s. qidalar qandakı xolesterolu yüksəldir. Qanda həddindən artıq miqdarda olan xolesterol yavaş-yavaş damar divarında yığılır və infarkt, iflic, damar keçilməzliyi, böyrək çatışmazlığı kimi xəstəliklərin əmələ gəlmə riskini artırır. Xolesterol qanda həll olmadığı üçün zülallara birləşərək qanla bir yerdən başqa bir yerə daşınır. Qanda yüksək LDL səviyyəsi ilə müxtəlif xəstəliklər arasında əlaqə tapılıb. Damarları daraldan, damar sərtliyinə səbəb olan, yuxarıda adı keçən xəstəlikləri də törədən məhz odur. Qan analizlərində yaxşı və pis xolesterol səviyyəsini müəyyən etmək mümkündür.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM