Alternative content

13:36 28 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Həm gözəllik, həm də təmiz hava
Həm gözəllik, həm də təmiz hava
ANA SƏHİFƏ / Səhiyyə
07:31 23.02.2020


Gözəlliyi ilə insanı heyran edən ev bitkiləri, həm dekorativ bəzəkdir, həm də evin havasını təmizləyir. Bu bitkilər otağı çirkləndirən maddələrin konsentrasiyasını azaldır və hətta benzol, formaldeqid, toluol və ksilol kimi zərəli birləşmələrdən təmizləyə bilir. Ev bitkiləri, həmçinin havada olan mikrobların sayını azaltma və rütubəti artırma gücünə malikdir. Havanı təmizləməsi ilə yanaşı, baş ağrıları və sinir pozuqluğunu da aradan qaldırır.

Fikus

Bu bitki, 1 saat ərzində 10 mq formaldeqidi udmaq gücünə malikdir. Bununla bərabər o, energetik balansa təsir göstərir, immun sisteminin terapevti rolunu oynayaraq insanı sakitləşdirir.

Aloe

Aloe, havanı formaldeqidlərdən təmizləyib, onda olan sadə mikrobların sayını azaldır. Gecə oksigen ifraz edib, karbon qazını udur. Aloe olan evdə insanlar az xəstələnir, xəstələndikdə isə tez sağalırlar.

Spartfilium

Gözəl ağ gülləri olan bitki havanı zərərli birləşmələrdən, formaldeqidlərdən, karbon qazından, benzol və ksiloldan təmizləyir. Mikroorqanizmlərin sayını azaldır və ən əsası isə kif göbələyi ilə aktiv mübarizə aparır.

Xlorofitum

Xlorofitum, havanı zərərli qatışıqlardan təmizləyir və formaldeqidləri udur. Həmçinin mikrobları öldürmə effektinə malikdir. Mütəxəssislər müəyyən ediblər ki, bu bitki 24 saat ərzində havanı mikroorqanizmlərdən tamamilə təmizləyir. Dibçəyə aktivləşdirilmiş kömür əlavə etdikdə isə təmizləyici xüsusiyyəti daha da artır.

Drasena

Drasena sintetik örtük olan linoleum və DSP-dən havaya ifraz olunan, benzol, amiak, formaldeqid, toluol, ksilol və digər zərərli birləşmələrin 70 faizini təmizləmə gücünə malikdir. O, zərərli birləşmələri emal edir və mikrobların yarısını məhv edir. Bağırsaq xəstəliklərinin ağırlaşmasının qabağını alır, yaraların və ümumiyyətlə, dəri xəstəliklərinin sağalmasına kömək edir. İnsan hiss etmədən bu bitki sümük-əzələ sistemini bərkidir. Həmçinin dişlərə də xoş təsir edir.

Monstera

Monstera havanın rütubətini artırır, harmoniya və sakitlik bəxş edib, nasazlıq zamanı yuxusuzluqdan qoruyur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM