Alternative content

16:19 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İDLİB - Suriyada yeni gərginlik ocağı
İDLİB - Suriyada yeni gərginlik ocağı
ANA SƏHİFƏ / DÜNYA
07:30 23.02.2020


Bu dəfə Rusiya ilə Türkiyə üz-üzə gəlib


Suriyanın İdlib vilayətində cərəyan edən dramatik hadisələr hazırda dünya ictimaiyyətinin diqqət mərkəzindədir. 2017-ci ilin mayında Qazaxıstanın paytaxtı Astanada (indiki Nur-Sultan şəhəri) Rusiya, Türkiyə və İranın təşəbbüsü ilə Suriyanın dörd bölgəsində, o cümlədən İdlib vilayətində gərginliyin azaldılması zonaları yaradılmışdır.

O vaxtdan bəri Suriya hökumət qoşunları müttəfiqlərinin köməyi ilə dörd zonadan üçünü ələ keçirmişdir. İndi isə İdlib gərginliyin azaldılması zonası silahlı qarşıdurma bölgəsinə çevrilmişdir: Suriya Prezidenti Bəşşar Əsədin qoşunları və onun müttəfiqləri Rusiya hərbi aviasiyasının dəstəyi ilə hücum əməliyyatlarını davam etdirir, nəticədə ərazidə yaşayan dinc əhali ev-eşiyini tərk etmək məcburiyyətində qalır. Eyni zamanda, Suriya silahlı müxalifəti və gərginliyin azaldılması zonasında yerləşən Türkiyə hərbi kontingenti tələfat verir.

İdlibdə vəziyyət cari ayın əvvəllərindən bəri gərginləşməkdə davam edir. Fevralın 2-3-də Bəşşar Əsəd ordusunun hücumu nəticəsində 7 türkiyəli hərbçi və Türkiyə ordusunun bir mülki qulluqçusu həlak olmuşdur. Fevralın 10-da 5 türkiyəli əsgər həlak olmuş, 5-i yaralanmışdır. Fevralın 20-də daha 2 türkiyəli hərbçi həlak olmuşdur. Türkiyə hərbi komandanlığı hücum edən tərəfin mövqelərinə zərbə endirib onu canlı qüvvə və texnika baxımından ağır tələfata uğratmışdır.

Gərginliyin azaldılması zonasında vəziyyəti nizama salmaq üçün Türkiyə və Rusiya rəsmiləri əvvəlcə Ankarada, sonra isə Moskvada danışıqlar aparmışlar, amma ortaq məxrəcə gəlmək mümkün olmamışdır. Məsələ burasındadır ki, tərəflər İdlib problemi ilə əlaqədar əldə olunmuş Astana və 2018-ci il tarixli Soçi sazişini fərqli şəkildə izah edirlər. Moskvanın fikrincə, Suriyanın bu vilayətində vəziyyəti tənzimləmək üçün Soçi sazişindən çıxış etmək lazımdır. Sazişin rəsmi mətni dərc olunmasa da, Kreml hesab edir ki, sənədin əsas məğzi İdlibdə silahlı müxalifətlə terrorçu qruplaşmaları bir-birindən ayırmaqdır. Ona görə də Moskva İdlibdə gərginliyin azaldılmasından çox vilayətdəki terrorçu qrupları məhv etməyi və burada Suriyanın suverenliyini bərpa etməyi aktual məsələ kimi vurğulayır. Rusiya rəsmiləri təkrar-təkrar nəzərə çatdırırlar ki, Suriya qoşunları İdlibdə, öz ərazisində terrorizmlə mübarizə aparır. Onların fikrincə, Suriya ərazisində yalnız Dəməşqin dəvət etdiyi qoşunlar yerləşə bilər, heç kim Bəşşar Əsədə terrorçularla mübarizə aparmağı, öz ərazisini silahlı ekstremistlərdən təmizləməyi qadağan edə bilməz.

Öz növbəsində Türkiyə İdlibdə belə bir gərgin vəziyyətin yaranmasında Bəşşar Əsəd rejimini və onun müttəfiqlərini ittiham edir. Astana sazişinə görə, Türkiyənin nəzarət etdiyi İdlib gərginliyin azaldılması zonasında atəş dayandırılmalı, atəşkəsi pozanlara qarşı tədbirlər görülməlidir. Sazişə uyğun olaraq, Türkiyə Silahlı Qüvvələri İdlibdə 12 müşahidə nöqtəsi yaratmışdır. Lakin Bəşşar Əsəd qoşunları hücum əməliyyatı nəticəsində 4 müşahidə məntəqəsini artıq nəzarət altına almışdır. Həmçinin Suriya rejimi Türkiyə ordusunun əvvəllər tutduğu iki hərbi mövqeyi ələ keçirmişdir. Buna baxmayaraq, Ankara dəfələrlə bəyan etmişdir ki, İdlibdə nəzarət etdiyi mövqelərdən geri çəkilmək niyyətində deyil və türkiyəli hərbçilər missiyasını davam etdirəcəklər. Ona görə də Bəşşar Əsəd rejiminin və onun müttəfiqlərinin hər hansı hücumuna daha güclü cavab veriləcək.

Bununla yanaşı, Türkiyə rəhbərliyi bəyan etmişdir ki, İdlibdə vəziyyəti təbii məcrasına qaytarmaq üçün hərbi əməliyyat keçirməkdən çəkinməyəcək. Prezident Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, Suriya hökumət qoşunları gərginliyin azaldılması zonasından çıxmasa, əməliyyat istənilən vaxt başlaya bilər. Dövlət başçısı əməliyyatın məqsədi kimi İdlibdə atəşkəsin təmin edilməsini və burada təhlükəsizlik zonasının yaradılmasını göstərmişdir. Özü də Türkiyə ilə həmsərhəd zolağa artıq 900 min suriyalı köçkün sığındığından təhlükəsizlik məsələsi xüsusi əhəmiyyət kəsb edir.

Ankaranın İdlibdə hərbi əməliyyat keçirmək niyyəti Moskvada mənfi reaksiya doğurmuşdur. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdir ki, belə bir əməliyyat mümkün ssenarilərin ən pisi olar. Öz növbəsində Bəşşar Əsəd rejimi bəyan etmişdir ki, Türkiyə qoşunlarının Suriya ərazisində yerləşməsi qeyri-qanunidir və beynəlxalq hüququn kobudcasına pozulmasıdır. Suriya Xarici İşlər Nazirliyi vurğulamışdır ki, ordu xalqını silahlılardan müdafiə etmək və ölkənin bütün ərazisində terrorçu təşkilatlarla mübarizə aparmaq kimi milli və konstitusion vəzifəsini yerinə yetirməkdə davam edəcək.

Belə bir məqam da diqqəti cəlb edir ki, İdlibdə vəziyyətin gərginləşdirilməsi Türkiyənin Liviya legitim hökumətinin dəvəti ilə bu ölkəyə hərbi yardım göstərməsi ilə əlaqəlidir. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov qeyd etmişdir ki, Türkiyənin Liviyada cərəyan edən hadisələrə müdaxiləsi Moskvanı narahat edir: "İdlib gərginliyin azaldılması zonasında qaynaqlanan risk və təhlükələrlə əlaqədar başqa bir aspekt yüzlərlə silahlının oradan Liviyaya göndərilməsindən ibarətdir. Rusiya bu problemi təkbaşına həll edə bilməz, amma İdlib üzrə bütün razılaşmaları qeyd-şərtsiz yerinə yetirilməsinə nail ola bilər. Biz türkiyəli tərəfdaşlarımızla bu barədə danışırıq”.

Göründüyü kimi, İdlib böhranı ilə bağlı Rusiya-Türkiyə ixtilafı geniş miqyas kəsb edib. Türkiyəli müşahidəçilər hesab edirlər ki, İdlibdə gərginliyin artması daha çox Ankaranın Liviyada hərəkətlərindən qaynaqlanır. Onların fikrincə, Bəşşar Əsəd rejimi və Rusiya İdlibə hücum edərkən nəzərə almışdı ki, Suriya silahlı müxalifətinin təcrübəli döyüşçüləri Liviyaya getdiyindən İdlib müdafiəsiz qalmışdır və belə bir şəraitdə İdlibi asanlıqla ələ keçirmək mümkündür. Bütün bunlara baxmayaraq fakt odur ki, Suriyada son vaxtlaradək tərəfdaş kimi hərəkət etmiş Rusiya və Türkiyə indi bir-birinə əks mövqedədir. Belə bir vəziyyət isə istər Suriya münaqişəsinin tənzimlənməsi, istərsə də ikitərəfli münasibətlərin gələcəyi baxımından yaxşı heç nə vəd etmir. Türkiyə və Rusiya prezidentlərinin srağagün keçirdiyi telefon danışığı da Suriya və Liviyada vəziyyəti normal məcraya qaytarmaq üçün elə bir zəmin yaratmır. Verilən rəsmi məlumatdan aydın olur ki, tərəflər mövqelərindən geri çəkilməmişlər. Bununla belə, Ankara və Moskva ikitərəfli təmasları davam etdirmək qərarına gəlmişlər. Gələn həftə Rusiya nümayəndə heyətinin Ankaraya gələcəyi gözlənilir. Yəqin ki, bu, İdlibdə hər şeydən əvvəl, humanitar fəlakətin baş verməməsi üçün son cəhd olacaq.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM