Alternative content

15:51 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uşaqlarda yaddaş zəifliyi
Uşaqlarda yaddaş zəifliyi
ANA SƏHİFƏ / Səhiyyə
15:13 22.02.2020
Uşaqlarda yaddaş zəifliyinin müxtəlif səbəbləri var. Səhhətdən qaynaqlanan problemləri nəzərə almasaq, qalan səbəblər o qədər də qorxulu deyil. Ən əsas məsələ isə irsi səbəblərlə əlaqədardır. Vaxtında qoyulan diaqnoz və düzgün müalicə həmin problemi aradan qaldıra bilər.

Hər uşaq konkret yuxu rejiminə ehtiyac duyur. Nəzarətsiz yuxu isə onlarda yaddaş zəifliyinə səbəb olur. Valideynlər müntəzəm şəkildə izlənə biləcək qrafik tərtib etməlidir. Əvvəllər bu çətin görünsə də, balacalar tədricən rejimlə yatmağa alışır. Yuxuya getməmişdən əvvəl onlara süd içirmək, tərkibində kofein olan içkilərdən uzaq tutmaq məsləhətdir.

Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Təranə Göyüşöva AZƏRTAC-a deyib: "Uşaq inkişafı, xüsusilə erkən yaşlarda çox əhəmiyyətlidir. Bəzən uşaqlarda ciddi inkişaf gerilikləri olduqda – məsələn, təhsildə uğursuzluqla üzləşəndə, sosial ünsiyyətində azlıq olanda valideynlər bununla əlaqədar narahat olmağa başlayır. Halbuki həyatın ilk üç ilində uşaq inkişafına verilən dəstək digər illərdə əhəmiyyətli nəticələr verir”.
Televizor izləməyin beynin inkişafını ləngitdiyini nəzərə alaraq mavi ekran qarşısında keçirilən vaxtı minimuma endirmək məsləhətdir, çünki televizora çox baxan uşaqlar passivləşir, xarici aləmlə ünsiyyəti zəifləyir. Amma bəzi cizgi filmləri və müxtəlif proqramların beyni inkişaf etdirdiyini də nəzərə almaq lazımdır.

Bəzi qidalar da uşaqların inkişafına və yaddaşının möhkəmlənməsinə müsbət təsir göstərir. Balıq, yumurta, kələm, kök, ispanaq, soğan, göbələk və turp kimi tərəvəzlər, alma, armud, narıngi, limon, portağal kimi meyvələr, süd məhsulları və balıq da çox faydalıdır. Oyun və məşqlər də yaddaşı gücləndirmək üçün yaxşı vasitədir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM