Ümumxalq hüznü, yaddaşlardan silinməyən Xocalı faciəsi Türkiyədə anılıb
Azərbaycan İlahiyyat İnstitutu Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirir. Növbəti tədbir "Okçular vakfı”nda təşkil olunub.
Öncə Xocalı soyqırımına həsr olunmuş foto-sərginin nümayişi keçirilib.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Bəyoğlu Bələdiyyəsinin sədri Haydar Ali Yıldız Xocalı soyqırımının Türkiyədə böyük üzüntü, ümumxalq hüzn, yaddaşlardan silinməyən faciə kimi qəbul edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu dərd bundan sonra da unudulmayan acı kimi insanlarımızın qəlbində yaşayacaq.
Bəyoğlu icra başçısı Mustafa Demirelli keçmişi dəqiq şəkildə təhlil edib gənclərimizin məlumatlandırılmasının vacibliyini vurğulayıb. Bütün dünya xalqlarını bu hadisəyə, ümumilikdə terrorizmə, erməni vandalizminə qarşı səsini ucaltmağa çağırıb.
Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev tarixi hadisələrin xronologiyasına nəzər salıb: "1905-ci ildə Qarabağda, 1918-də Bakıda və 1992-ci ildə Xocalıda Azərbaycan türklərinə qarşı həyata keçirilən soyqırımlarını bir-birindən ayırmaq olmaz, çünki hamısı erməni separatçı terrorçularının eyni məqsəd üçün həyata keçirdikləri cinayətlərdir. Birinci Dünya müharibəsində üç cəbhədə müharibə aparan Osmanlı imperiyasını arxadan xəncərləyərək cinayətlər törətmiş ermənilər həmin əməllərini daha sonra Azərbaycan torpaqlarında davam etdiriblər”. Ermənilərin törətdiyi Xocalı soyqırımının təfərrüatları barədə məlumat verən Baş Konsul M.Hacıyev daha sonra bu faciəni daim gündəmdə saxlayan Türkiyəyə təşəkkür edib.
Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram tarix boyu ermənilərin türk millətinə və Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri ardıcıl və düşünülmüş soyqırımı siyasəti, həmçinin Xocalı faciəsi haqqında bəhs edib. Cezmi Bayram bu qanlı hadisənin dünya miqyasında tanıdılması istiqamətində tələbələrin və sosial medianın rolunun vacibliyini vurğulayıb.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov erməni vəhşiliklərini tarixi nöqteyi-nəzərdən təhlil edib. O, Xocalıda baş vermiş soyqırımı faktlarını, insanların hansı amansızlıqlarla - qadın, qoca, uşaq demədən qətlə yetirildiyini bildirib. A.Şirinov, həmçinin XX əsrin əvvəllərində ermənilər və onların havadarları tərəfindən Azərbaycan türklərinə qarşı törədilmiş 31 Mart hadisələrini, soyqırımı nəticəsində dinc əhalinin amansızlıqla qətlə yetirilməsini, yüzlərlə kəndi, yaşayış yerlərini dağıdıb viran qoymalarını diqqətə çatdırıb. Qeyd edib ki, tarix boyu ermənilər türk-müsəlman əhalisinə qarşı düşmən münasibətində olublar.
Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ veteranı jurnalist Səriyyə Cəfərova çıxış edərək Xocalıda qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunan "Onlar heç vaxt böyüməyəcəklər” kitabından söhbət açıb. S.Cəfərova soyqırımı haqqında olan rəsmi və gizlədilmiş faktlar, öldürülən insan sayı haqqında məlumat verib. Şahidlərin, o hadisələrdən sağ çıxmış insanların, əsir düşüb, daha sonra əsirlikdən xilas olanların həmin hadisələr barədə söylədikləri tədbir iştirakçılarını duyğulandırıb.
Tədbirdə "Xocalı zülmət bir gecə” sənədli filminin də nümayişi olub. Filmdə Xocalı soyqırımının canlı şahidləri həmin gündən danışırlar.
Yasəmən MUSAYEVA,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Biz unutmuruq, tarix də unutmasın...
28 Mart
Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib ...
28 Mart
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
28 Mart
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir ...
28 Mart
Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydal...
28 Mart
Gürcüstanda ölüm halları artır - Statistika
28 Mart
Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan
28 Mart
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib
28 Mart
Bayden Trampı 3 faiz fərqlə qabaqlayır - SORĞU
28 Mart
ABŞ Nümayəndələr Palatasının heyəti Türkiyəyə gələcək
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!