21 Fevral 2020 22:44
542
SİYASƏT
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Romada FAO-nun yeni baş direktoru ilə görüşüb


Fevralın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva FAO-nun yeni baş direktoru Qu Donqyu ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, FAO-nun Romadakı baş ofisində keçirilən görüşdə əvvəlcə Leyla Əliyeva Qu Donqyunu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Söhbət əsnasında Azərbaycanda dayanıqlı kənd təsərrüfatının inkişafı perspektivləri, FAO-nun bu istiqamətdə göstərdiyi səylər, eləcə də ekoloji maarifləndirmə, sağlam və məsuliyyətli ərzaq istehlakı və kənd yerlərinin inkişafı üzrə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edildi.
Leyla Əliyeva FAO-nun Azərbaycanda kənd təsərrüfatı, meşəçilik və balıqçılıq üzrə həyata keçirilən mühüm layihələrini yüksək qiymətləndirdi və ölkəmizdə bu sahələrin inkişafına verilən töhfəyə görə minnətdarlığını bildirdi.

Qu Donqyu, öz növbəsində, Azərbaycanın regionun lider dövləti kimi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əhəmiyyətli rola malik olduğunu qeyd etdi.

Həmçinin görüşdə "Sıfır aclıq” qlobal məqsədinin icra vəziyyəti, içməli suyun keyfiyyəti və çatışmazlığı məsələləri müzakirə edildi, dünyada aclığın aradan qaldırılması və qida təhlükəsizliyinin təmin edilməsi üzrə mümkün tərəfdaşlığa dair fikir mübadiləsi aparıldı.

Görüşün sonunda Leyla Əliyeva FAO-nun baş direktoru Qu Donqyunu Azərbaycana səfərə dəvət etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video