21 Fevral 2020 19:51
480
SİYASƏT
A- A+

Kiyev məktəbində Xocalı qurbanlarının xatirəsi anılıb


Kiyevdə yerləşən 247 nömrəli məktəbdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə müəllim və şagirdlərlə yanaşı, Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri də iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra şagirdlər pedaqoq Səfayə Naibovanın rəhbərliyi ilə Xocalıya həsr olunmuş şeirlər səsləndirib, həmçinin iştirakçılara 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində baş verən hadisələr barədə danışıblar.

"Ukrayna Azərbaycanlılarının Elmi Şurası” ictimai təşkilatının sədri, Ukraynanın Əməkdar təhsil işçisi, hüquq elmləri doktoru, Ukraynanın Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyev çıxışında qeyd edib ki, Xocalı qətliamından sonra Ukraynanın Azərbaycana göstərdiyi dəstək siyasi səviyyədə mühüm rol oynayıb. O bildirib ki, Azərbaycan da çətin dövrlərdə Ukraynaya daim kömək edib.
ƏTRAFLI
hunergroup.az

Səməd Vurğun adına kitabxananın direktoru Qalina Çebatoreva öz çıxışında belə hadisələrin yenidən baş verməsinə yol verməməkdən ötrü gələcək nəsillərin bu faciə barədə məlumatlandırılmasının vacibliyini qeyd edib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin nümayəndəsi Hacı Əbülfəz Qasımov, öz növbəsində, ümidvar olduğunu bildirib ki, Xocalı faciəsində uşaqların yaşadıqları dəhşətləri daha heç bir nəslin uşaqları hiss etməyəcəklər.

Mərasimin sonunda Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Hamlet Paşayev bu tədbirin təşkilində göstərdiyi köməyə görə məktəb rəhbərliyinə minnətdarlığını bildirib. O, Xocalı faciəsinin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində belə tədbirlərin vacibliyini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video