21 Fevral 2020 19:42
636
DÜNYA
A- A+

Ermənistan ordusunda əsgərlər arasında yoluxucu xəstəliklər tüğyan edir


Ermənistanın baş naziri Nikol Paşinyan orduda baş verən son ölüm hadisələri ilə əlaqədar Müdafiə Nazirliyinin və hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə birgə müşavirə keçirib.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, N.Paşinyan Müdafiə Nazirliyinin rəhbərliyinə Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrinə səfər edərək oradakı real vəziyyətlə tanış olmağı tapşırıb. O, xüsusilə Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində acınacaqlı vəziyyət, tibb xidmətinin yarıtmazlığı və tibbi ləvazimatların qıtlığı səbəbindən şəxsi heyət arasında geniş yayılmış yoluxucu xəstəliklərin qarşısının alınması barədə tapşırıq verib.

Tapşırıqdan dərhal sonra Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordu komandiri, tibb xidmətinin rəisi, diviziya komandiri, Ermənistan Müdafiə Nazirliyinin tibb xidmətinin vəzifəli şəxsləri və Ağdərə hərbi polis şöbəsinin əməkdaşları hərbi hissələrin bölmələrində şəxsi heyətin kütləvi xəstələnmələrinin səbəblərini müəyyən etmək məqsədilə araşdırmalara və yoxlamalara başlayıblar.

Şəxsi heyət arasında kəskin respirator xəstəliklərin artması ilə əlaqədar bir taborda karantin elan edilib. Otuzdan çox əsgər su çiçəyinə tutulduğundan hərbi hospitala yerləşdirilib, alayın iki hərbi qulluqçusu isə sətəlcəm diaqnozu ilə İrəvan hərbi hospitalına göndərilib. Araşdırma nəticəsində məlum olub ki, suçiçəyi xəstəliyinə tutulan əsgərlərin əksəriyyəti hərbi xidmətə yeni çağırılanlardır. Xəstəliklərlə əlaqədar alayda günün nizam qaydaları pozularaq səhər idmanı təxirə salınıb.

Yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün hərbi hissənin ehtiyat bölmələrinin bölük və taqım komandirləri ilə profilaktik tədbirlər mövzusunda məşğələlər keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video