21 Fevral 2020 16:58
652
DÜNYA
A- A+

Fransada pensiya islahatına qarşı etirazlar səngimir

Fransada pensiya islahatına qarşı etiraz aksiyaları davam edir. Həmkarlar ittifaqlarının çağırışı ilə paytaxt Parisdəki Monparnas bulvarında toplaşmış nümayişçilər İtaliya meydanına doğru yürüş təşkil etmişlər. Bu barədə TRT telekanalı xəbər verir.

Pensiya islahatının geri çağırılmasını tələb edən nümayişçilər Prezident Emmanuel Makron administrasiyasının əleyhinə şüarlar səsləndirmişlər. Gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilmişdir. "Sarı jiletlər”in də iştirak etdiyi nümayişlər insidentsiz başa çatmışdır.

Ölkənin digər şəhərlərində də etiraz aksiyaları keçirilmişdir. Fransızların 75 faizi islahatın geri çağırılmasını, yaxud ona dəyişikliklər edilməsini istəyir.

Xatırladaq ki, ötən il dekabrın 5-də ölkədə yüz minlərlə adamın iştirakı ilə yeni islahata qarşı etiraz aksiyaları başlamışdır. Nümayişlərdə 36 nəfər yaralanmışdır. Onların 16-sı polis əməkdaşlarıdır. 85 nəfər saxlanmışdır. Nəqliyyat, səhiyyə sistemləri və vətəndaşlara xidmət sahəsində fəaliyyət göstərən ayrı-ayrı dövlət müəssisələrinin işində pozuntular yaranmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video