21 Fevral 2020 16:20
550
DÜNYA
A- A+

İrana qarşı yeni sanksiya tətbiq olunub

ABŞ İranın Ekspertlər Şurasının (Məclisi Xubreqan) rəhbərinin və bəzi üzvlərinin adlarını sanksiyalar siyahısına əlavə edib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, şuranın sədri Əli Cənnəti, şuranın üzvü tanınmış din alimi Məhəmməd Yəzdi, mətbuat katibi Abbas Əli Kiyadxudayi və iki nəfər hüquqşünasın adı sanksiyalar siyahısına əlavə olunub. Bununla yanaşı, Ağ Ev administrasiyası İranda seçkilərin qabaqcadan planlaşdırıldığını və saxtakarlığın olacağını bəyan edib.

Məsələyə münasibət bildirən İranın Xarici İşlər Nazirliyi də bəyanatla çıxış edərək seçki günü ABŞ-ın bu addımını İranın daxili işlərinə qarışmağa cəhd kimi qiymətləndirib. Qeyd olunub ki, İran xalqı ABŞ rəhbərlərinin həqiqəti əks etdirməyən bəyanatlarına vərdiş edib. Diqqətə çatdırılıb ki, hələ yekunlaşmamış seçki prosesinin saxta keçəcəyini iddia etmək heç bir məntiqə sığmır. Yaxşı olar ki, ABŞ daxilində keçirilən seçki prosesinə diqqət yetirsin. Amerikada seçkilər çox qəliz sxem üzrə keçirilir və çoxluğun rəyi nəzərə alınmır.
Qeyd edək ki, bu gün, həmçinin Məclisi Xubreqana da seçkilər keçirilir. Bu məclisin hər vilayətdən 1 nəfər olmaqla 86 üzvü var. Bu orqan İranın əhəmiyyətli dövlət orqanlarından biridir. Xubreqan Məclisi İran parlamentinin yuxarı palatası hesab edilir. Məclis din alimlərindən ibarətdir və İranın Ali Rəhbərini seçir, onun fəaliyyətinə nəzarəti həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video