21 Fevral 2020 13:02
518
SİYASƏT
A- A+

Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır


Fevralın 20-də Vyanada ATƏT Parlament Assambleyasının Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Ermənistan nümayəndə heyəti öz ənənəsinə sadiqlik nümayiş etdirib. Ermənistan nümayəndə heyətinin üzvü çıxışında insan haqlarından bəhs edib və Azərbaycanı bütün erməniləri ölkədən qovmaqda ittiham edib.

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili çıxışını bir daha Ermənistan nümayəndə heyətinin yalan və saxta fikirlərinə münasibət bildirməklə başlayıb. O, erməni deputatların yalan dolu çıxışlarından artıq hamının yorulduğunu qeyd edərək, hazırda Azərbaycanda 30 min erməninin yaşamasının "Azərbaycanda bir nəfər də erməni yoxdur” yalanına tutarlı cavab olduğunu bildirib. Xüsusilə vurğulanıb ki, monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır.

T.Mirkişili çıxışında, həmçinin Azərbaycanın ATƏT və onun institutları ilə əməkdaşlıqda və ölkəmizin bu əməkdaşlığın qarşılıqlı tələbat və prioritetlər əsasında qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu əməkdaşlıq bütün iştirakçı dövlətlərin ATƏT prinsiplərinə tam riayət etməsini və müfəssəl təhlükəsizlik konsepsiyasının üç ölçüsü boyunca öhdəliklərimizin yerinə yetirilməsini təmin edir.

Çıxışda, həmçinin ATƏT-in media azadlığı üzrə nümayəndəsinin öz mandatını rəhbər tutaraq ümumi öhdəliklərin yerinə yetirilməsinə töhfə verə və fəaliyyətində bütün iştirakçı dövlətlərə kollektiv dəstək göstərə biləcəyinə ümid ifadə olunub. Bildirilib ki, nümayəndə Parlament Assambleyasının 193 saylı qərarının müddəalarına sadiq şəkildə iştirakçı dövlətlərin hökumətləri ilə bütün etibarlı mənbələrdən məlumatların toplanması və alınması, eləcə də uyğunsuzluq iddiası ilə bağlı iddialara baxılması üçün birbaşa əlaqə yaratmalıdır: "Bu məqsədlə ATƏT-in media azadlığı üzrə nümayəndəsini iştirakçı dövlətlərdə medianın inkişafı ilə əlaqəli məsələlərə reaksiya verməzdən əvvəl iştirakçı dövlətlərin nümayəndə heyətləri ilə görüşməyə dəvət edirik.”

Azərbaycan nümayəndəsi çıxışının yekununda ATƏT-in media azadlığı üzrə nümayəndəsini bütün ATƏT dövlətlərində media ilə bağlı hadisələr barədə istisnasız olaraq hərtərəfli, obyektiv və qərəzsiz şəkildə hesabat vermə təcrübəsini davam etdirməyə dəvət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video