22 Fevral 2020 02:30
1134
İQTİSADİYYAT
A- A+

“Aqrar İnkişaf Könüllüləri”nin “Laza qış düşərgəsi”

"Aqrar İnkişaf Könüllüləri” Təşkilatı tərəfindən Qusar rayonunun Laza kəndində "Laza qış düşərgəsi” təşkil olunub. Layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onların kənd həyatı və kənd turiziminə diqqətini cəlb etməkdir.

Layihə üzrə elan edilmiş müsabiqədə iştirak üçün 900-dən çox gəncdən müraciət daxil olmuşdur. Müraciət edən gənclər arasında müxtəlif meyarlar əsasında seçim aparılmış və 25 gəncin layihədə iştirakı təmin edilmişdir. Gənclər layihə çərçivəsində təşkil olunan təlim, seminar və yürüşdə iştirak etmişlər.

Təlim və seminarlarda gənclərə komanda quruculuğu və onun idarə olunması, çevik qərar qəbuletmə, düzgün ünsiyyət bacarıqları, ekstremal idman növü, dağ zirvəsinə yürüş üçün fiziki hazırlıq qaydaları barədə layihə iştirakçılarına məlumat verilmişdir. Gənclərə həmçinin sağlamlıq və təhlükəsizliyin təmin edilməsi ilə bağlı təlimatlar verilmiş, ilkin tibbi yardım qaydaları izah edilmişdir.

Təlim seminarlardan sonra layihə iştirakçıları dağa yürüş etmiş, Laza kəndinin əsrarəngiz təbiəti ilə əyani şəkildə tanış olmuşlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video