20 Fevral 2020 19:44
1241
Səfərlər
A- A+

Azərbaycan-İtaliya sənədləri mübadilə edilib


Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra Azərbaycan-İtaliya sənədlərinin mübadiləsi mərasimi oldu.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni mübadilə etdilər.

"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və İtaliyanın İqtisadi İnkişaf naziri Stefano Patuanelli mübadilə etdilər.

"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm naziri Dario Françeskini mübadilə etdilər.

"Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm naziri Dario Françeskini mübadilə etdilər.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin birinci müavini Emanuela Del Re mübadilə etdilər.

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İtaliya Respublikasının Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və İtaliyanın Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı nazirinin müavini Giuseppe L'Abbate mübadilə etdilər.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə”ni Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və "Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumo mübadilə etdilər.

"Azərbaycan Milli Olimpiya Komitəsi ilə İtaliya Milli Olimpiya Komitəsi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Giovanni Malaqo mübadilə etdilər.

"Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə İtaliya Aerokosmik Agentliyi arasında sülh məqsədilə kosmos fəaliyyətləri sahəsində Anlaşma Memorandumu”nu "Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev və İtaliya Aerokosmik Agentliyinin prezidenti Giorgio Sakkoçça mübadilə etdilər.

"Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə CDP, SACE, "Simest” şirkətləri arasında Anlaşma Memorandumu”nu "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin baş icraçı direktoru Allahverdi Paşayev və CDP şirkətinin baş icraçı direktoru Fabrizio Palermo, SACE şirkətinin baş icraçı direktoru Pierfrançesko Latini, "Simest" şirkətinin baş icraçı direktoru Mauro Alfonso mübadilə etdilər.

"Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə İtaliya Ticarət Agentliyi (ICE) arasında Anlaşma Memorandumu”nu AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və ICE-nin prezidenti Maria Ferro mübadilə etdilər.

"SOCAR ilə SNAM arasında əməkdaşlıq sazişi”ni SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və "SNAM S.p.A”nın baş icraçı direktoru Marko Alvera mübadilə etdilər.

"AZPROMO ilə "Simest” arasında Tərəfdaşlıq Sazişi”ni AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və "SIMEST S.p.A”nın prezidenti Pasquale Salzano mübadilə etdilər.

"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə "Ansaldo Energia” arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və "Ansaldo Energia”nın baş icraçı direktoru Cüzeppe Zampini mübadilə etdilər.

"Azərenerji” ASC ilə "Ansaldo Energia” arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və "Ansaldo Energia”nın baş icraçı direktoru Cüzeppe Zampini mübadilə etdilər.

"Azərbaycan Dəmir Yolları” QSC ilə "I.M.A. Project Financing S.R.L.” şirkəti arasında dəmir yolu maşınlarının (drezinlərin) və iş avadanlıqlarının satınalınması barədə müqavilə"ni "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və "I.M.A. Project Financing” şirkətinin baş icraçı direktoru Rikkardo Paoncelli mübadilə etdilər.

"ADA Universiteti ilə Luiss Universiteti arasında Anlaşma Memorandumu”nu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və Luiss Universitetinin vitse-prezidenti Paola Severino mübadilə etdilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video