20 Fevral 2020 19:40
1287
CƏMİYYƏT
A- A+

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin yeni binası istifadəyə verilib


Fevralın 20-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Göygöl rayon şöbəsinin inzibati binasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində qazanılmış nailiyyətlərdən söz açıb. Hərbi sahədə həyata keçirilən islahatların tərkib hissəsi kimi yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısına qoyulmuş vəzifə və tapşırıqların ötən səkkiz il ərzində yüksək səviyyədə yerinə yetirildiyini ifadə edib.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov bildirib ki, Prezident İlham Əliyevin ali diqqət və qayğısı sayəsində dövlət orqanlarının maddi-texniki bazasının, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Xidmətin rayon şöbəsinin yeni inzibati binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Sonra tədbir iştirakçıları yeni binanın xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş xidməti otaqlarında yaradılmış şəraitlə tanış olublar.

Bildirilib ki, rayon hərbi həkim komissiyası üçün kabinetlər də daxil olmaqla 39 iş otağından, xidməti müşavirə otağından və iclas zalından ibarət üçmərtəbəli binanın ümumi sahəsi 1750 kvadratmetrdir. Binanın bütün otaqları zəruri avadanlıq və inventarla təchiz edilib, yardımçı otaqlar istifadəyə verilib. Binada havalandırma, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb. Ərazi abadlaşdırılıb, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib. İstifadəyə verilən yeni inzibati bina memarlıq üslubu ilə rayonun gözəlliyinə xüsusi rəng qatır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video