20 Fevral 2020 18:08
646
DÜNYA
A- A+

COVİD-19-a yoluxanların sayı 76 min nəfərə yaxınlaşdı

Dünyada yeni tipli koronavirusa (COVİD-19) yoluxanların sayı 75,7 min nəfəri ötmüşdür. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Ölümcül virus 2128 nəfərin həyatına son qoymuşdur. Çinin materik hissəsində koronavirusdan 2118 nəfər, Yaponiyada 3 nəfər, Honq Konqda 2 nəfər, İranda 2 nəfər, Tayvan, Filippin və Fransada 1 nəfər dünyasını dəyişmişdir. Çinin materik hissəsində xəstəliyə yoluxanların sayı 74576 nəfər, Honq Konqda 65 nəfər və Makaoda 10 nəfərdir. Tayvanda 24 nəfərdə COVİD-19 aşkar olunmuşdur.

Bundan əlavə, ölümcül virusa Yaponiyada 702 nəfər, Sinqapurda 84 nəfər, Cənubi Koreyada 82 nəfər, Tailandda 35 nəfər, Malayziyada 22 nəfər, Vyetnamda 16 nəfər, Almaniyada 16 nəfər, Avstraliyada 15 nəfər, ABŞ-da 15 nəfər, Fransada 12 nəfər, Böyük Britaniyada 9 nəfər, BƏƏ-də 9 nəfər, Kanadada 8 nəfər, İtaliyada 3 nəfər, Hindistanda 3 nəfər, Filippində 3 nəfər, Rusiyada 2 nəfər, İspaniyada 2 nəfər, İranda 2 nəfər, Nepalda 1 nəfər, Şri-Lankada 1 nəfər, Kambocada 1 nəfər, Belçikada 1 nəfər, İsveçdə 1 nəfər, Finlandiyada 1 nəfər, Misirdə 1 nəfər yoluxmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video