20 Fevral 2020 12:56
670
SİYASƏT
A- A+

İranın İRNA agentliyi Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdən yazır


İranın dövlət xəbər agentliyi olan İRNA Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələr barədə məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə 45 dəqiqəlik debatı iki ölkənin rəsmiləri ilə yanaşı, ayrı-ayrı ölkələrdən olan ekspertlərin də salonda izlədikləri qeyd olunub.

Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğuna diqqət çəkən Prezident İlham Əliyev deyib: "Bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər”. Dövlət başçısı bildirib ki, Ermənistanın Azərbaycan ərazisinin işğalına son qoyması üçün beynəlxalq ictimaiyyət Yerevana ciddi təzyiq göstərməlidir. Prezident İlham Əliyev Dağlıq Qarabağın münaqişə tərəfi kimi göstərilməsinə etirazını bildirib. O deyib ki, münaqişənin tərəfləri Ermənistanla Azərbaycandır. Maraqlı tərəflər isə bölgənin erməni və azərbaycanlı icmalarıdır. Bu, ATƏT-in münaqişənin sülh yolu ilə nizamlanmasına vasitəçilik edən Minsk qrupunun sənədlərində də əks olunub.

Problemin sülh yolu ilə həllinə gəlincə, Prezident İlham Əliyev bunun mərhələli şəkildə baş verməli olduğunu söyləyib. Əvvəlcə Ermənistan hərbçiləri bölgədən çıxarılmalı, daha sonra Dağlıq Qarabağ bölgəsinin statusu müəyyənləşdirilə bilər.
Məqalədə qeyd edilir ki, Prezident İlham Əliyev Nikol Paşinyanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrini səhv şərh etməkdə günahlandırıb. O xatırladıb ki, həmin qətnamələrdə erməni qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunur. Söhbət BMT Təhlükəsizlik Şurasının problemlə bağlı hələ 1993-cü ildə qəbul etdiyi qətnamələrdən gedir.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən də bəhs olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video