18 Fevral 2020 11:22
687
CƏMİYYƏT
A- A+

Doğruçu çərşənbənin gəlişinə zəmin hazırlayan Yalançı çərşənbə


Novruz bayramının təmtərağı bir neçə günlə məhdudlaşmır. Doğruçu çərşənbə hesab olunan 4 çərşənbədən əvvəl ölkəmizin bir sıra regionlarında Yalançı çərşənbə də qeyd olunur. Bu il yalançı çərşənbə fevralın 18-nə təsadüf edir.

Qədimdə böyük səbirsizliklə yazın gəlişini gözləyən insanlar 40 gün davam edən böyük çilləni yola saldıqdan sonra Novruza qədər olan 1 ay 20 günü, yəni həftənin hər çərşənbəsini müəyyən mərasimlərlə qeyd ediblər. Həmin çərşənbələrin ilk üçünə "Oğru üsgü”, ikinci üçünə "Doğru üsgü”, sonuncusuna isə "İlaxır çərşənbə” deyilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan folklorunda yazın gəlişi müjdəsini mistik obraz və bərəkət rəmzi olan Xıdır Nəbi gətirir. Xıdır Nəbi bayramından sonra isə artıq "Yalançı çərşənbə” gəlir.

İnanclara görə, Yalançı çərşənbə Doğruçu çərşənbənin gəlişinə zəmin hazırlayır, onun gələcəyinə işarə verir. Bu, həm də elə bir zaman aralığıdır ki, artıq donuq qış fəslinin təbiətə qədəm basmasından da təxminən qırx günlük (ondan bir az artıq) müddət ötür. Xalqımız isə "yaman günün ömrü az olar” deyib. Məhz bu yaman gün - təxminən qırx gün artıq geridə qalmışdır.

Yalançı çərşənbə alatoran vaxtı, gün batar-batmaz ayrı-ayrı həyətlərdə odu-ocağı gur olmayan tonqalların yandırılması ilə müşayiət olunur. Bu zaman insanlar səssiz-küysüz bir şəkildə öz qapılarında azacıq saman, küləş yandırırlar. Bundan başqa, dörd ilaxır çərşənbədə (doğruçu çərşənbələrdə) olduğu kimi, evlərdə xüsusi olaraq biş-düş hazırlanmır, yəni ayrıca bayram qazanı asılmaz, bayram yeməyi də bişirilməz. Bu da bir daha Yalançı çərşənbənin aldadıcı alovu kimi evdə, məişətdə də xüsusi bir əks-səda vermədiyini - bununla da Yalançı çərşənbənin adına uyğun tərzdə yalançı bir görüntü olduğunu göstərir.

Bundan əlavə, Yalançı çərşənbədə doğruçu çərşənbələrdə olduğu kimi, səhər yerindən durub su üstünə gedilməz, digər bu kimi ayinlər də icra edilməz. Bütün bu və bu kimi fərqlər bir daha Yalançı çərşənbə mərasiminin adından ifadə olunan mənanı özündə daşıdığını göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video