18 Fevral 2020 04:29
1988
İQTİSADİYYAT
A- A+

Bruselyozun diaqnostikasına dair yeni üsula beynəlxalq patent alınmışdır


Bruselyoz sosioloji xəstəlik olub, heyvandarlıq məhsulları ilə insana keçir, yəni infeksiya mənbəyi xəstə heyvanlardır. Odur ki, xəstə heyvanlara düzgün diaqnozun qoyulması, onların vaxtında aşkar edilib sürüdən təcrid edilməsi və məcburi kəsimə göndərilməsi bruselyozla mübarizədə ən mühüm məsələdir.

İnsanlardan fərqli olaraq, heyvanlarda bruselyoza qarşı səmərəli müalicə üsulu olmadığı üçün xəstə heyvanların məcburi kəsimindən heyvan sahibinə hər heyvanın faktiki dəyərinin 50 faizindən çox ziyan dəyir. Hər il profilaktika məqsədilə heyvanlardan müayinə üçün qan və süd nümunələri seroloji üsullardan Çəhrayı benqal sınağı (ÇBS), Aqqlütinasiya reaksiyası (AR), Komplementin birləşmə reaksiyası (KBR) və Süd həlqə reaksiyası ilə laboratoriyalarda yoxlanılır. Bu reaksiyaların nəticələri müsbət olduğu halda reaksiya müsbət və heyvan bruselyoz hesab edilməklə məcburi kəsimə göndərilir. Hər il dünyada minlərlə insana mövcud spesifik anticismlərin axtarılmasına əsaslanan seroloji üsullarla bruselyoz diaqnozu qoyularaq müalicəyə cəlb olunur, milyonlarla iri və xırdabuynuzlu heyvanlara həmin üsullarla bruselyoz diaqnozu qoyularaq çıxdaş edilir.

Elmi araşdırmalar zamanı məlum olmuşdur ki, bruselyoz antigeninə qarşı 5-ci gün, zəiflədilmiş bruselyoz vaksinlərinə qarşı 15-ci gün, virulentli brusellalara qarşı eksperimental olaraq yoluxdurulmuş hind donuzu və ada dovşanları üzərində spesifik anticismlər 25 faizə qədər heyvanlarda 30-cu gün, qalan 75 faizdə isə 135 günə qədər mövcud seroloji reaksiyaların nəticələri mənfi, bakterioloji müayinələrin nəticələri isə müsbət olmuşdur. Deməli, brusellaların virulentliyi artdıqca spesifik anticismlərin əmələ gəlmə müddəti uzanır. Bu da nəticədə brusellaları yayan heyvanların mövcud spesifik anticismlərin axtarılmasına əsaslanan seroloji üsullarla aşkar edilə bilmədiyindən ifrazatları və məhsulları ilə heyvan və insanların yoluxmasına səbəb olur.

Bruselyozun törədiciləri somatik antigendən və hialironidaza fermentindən ibarətdir. Brusellaya xəstəlik törətmə qabiliyyəti verən onun fermentidir. Spesifik anticismlərin əmələ gəlməsinə səbəb isə brusellanın somatik antigenidir. Antigen ayrılıqda çoxalmaq və ya xəstəlik törətmək qabiliyyətinə malik deyil. Fermentlər 43 dərəcə C-dən yuxarı temperaturlarda parçalanır. Alınmış nəticənin komissiyon yoxlanılması zamanı təsdiq edilmişdir ki, bruselyozun somatik antigeni 3 saat qaynadıldıqda belə, spesifik anticism əmələ gətirmə qabiliyyətini itirmir. Bruselyozlu heyvanların əti konservasiya, süd məhsulları isə pasterizasiya edilir. Xəstəliyin kəskin bala salma dövründə seroloji reaksiyalarla aşkar edilə bilməyən, brusella daşıyıcısı olan heyvanın bişirilmiş əti və pasterizə edilmiş südü ilə somatik bruselyoz antigeni insan orqanizminə düşdükdə 7-10 gün ərzində spesifik anticismlərin əmələ gəlməsinə səbəb olur. Həmin insanın Rayt, Heddelson seroloji müayinə metodları ilə bruselyoza tutulması təsdiqlənir. Bu, insanların bruselyoz əleyhinə bakteriosid kimyəvi preparatlarla müalicəyə cəlb olunması və həyat üçün vacib olan orqanların funksiya pozulmaları ilə nəticələnir.

Apardığımız tədqiqatlar zamanı, həmçinin məlum olmuşdur ki, bruselyoz antigeni ilə spesifik antitel arasında gedən reaksiya yapışaraq çökmə deyil, bakteriolizisdir. Misal üçün, Aqqlütinasiya reaksiyasının diaqnostik titr göstəricilərində sınaq şüşəsində əlavə olunmuş vahid bruselyoz antigenini spesifik anticismlər tam (lizis) əridir, həmin çöküntü ilə bioloji sınağın nəticəsi Çəhrayı Benqal Sınağı ilə mənfi olur. Diaqnostik titrdən sonrakı titrlərdə isə mixbərdə vahid bruselyoz antigeni lizis olmadığından bioloji sınaq zamanı spesifik anticismlərin əmələ gəlməsinə səbəb olur. İnsanlarda diaqnoz qoyulan zaman bruselyoz antigeninin bu xüsusiyyəti mütləq nəzərə alınmalıdır. Bu proses in vivoda getdiyindən həmin orqanizmin nəticədə brusellalardan təmizlənməsinə səbəb olur ki, həmin şəxslər başqa insanları yoluxdura bilmir və "bioloji dalan” adlandırılır. Həmçinin kütləvi müayinə zamanı seroloji Aqqlütinasiya reaksiyası 2 durultmada qoyulur ki, bu da qarışıqda təbii immunitet göstəriciləri olan orqanizmlərin, vaksinasiya olunmuş heyvanların bruselyoz adı ilə çıxdaş edilməsinə gətirib çıxarır.

Eyni zamanda komissiya ilə birgə yoxlamaların nəticəsində seroloji üsulların nəticələrini bakterioloji, bioloji və Zəncirvari polimeraza reaksiya və təklif etdiyimiz yeni, şərti adlandırılan "ABNUREL” Triada reaksiyası da təsdiq etməmişdir. Spesifik anticismlərin nəticələrinə görə heyvanların bruselyoz adı ilə məcburi kəsimə göndərilməsini, insanların antibakterisid kimyəvi preparatlarla bruselyoza görə müalicəyə cəlb edliməsini və virulentli mikrobları yayan orqanizmlərin mövcud seroloji üsullarla aşkar edilməməsini nəzərə alıb, müəlliflər spesifik anticismlərin axtarılmasına əsaslanan seroloji üsulları yalnız immun fonun təyin edilməsi üçün, bruselyozun diaqnostikasında müəlliflər tərəfindən yeni müayinə üsulu tövsiyə edilir. Bu üsula və kompanenti olan 3 resept AF1 və AF3 qida reseptlərinə Beynəlxalq və Avrasiya patenti alınmışdır (https://patentscope.wipo.int/search/ru/detail.jsf).

Hazırda yeni üsulun baytarlıq praktikasında tətbiq edilməsi barədə AMEA-nın Zoologiya İnstitutu tərəfindən müsbət rəy də verilmişdir. İnanırıq ki, yeni üsul baytarlıq praktikasında tətbiq edilərsə, dəyən ziyan minumuma endirilməklə fermerlərin iqdisadi cəhətdən ucuz, sağlam və keyfiyyətli məhsul əldə etməsi üçün zəmin yaranar, xəstəliyin heyvan və insanlar arasında yayılmasının qarşısı tezliklə alınar.

Əbülfət ALIYEV,

KTN yanında AXA Bakı şəhər Baytarlıq İdarəsinin aparıcı baytar həkimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video