18 Fevral 2020 04:29
744
İQTİSADİYYAT
A- A+

“Şəhərdən kəndə” layihəsi çərçivəsində təlimlərə başlanılıb


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən "Şəhərdən kəndə” layihəsi çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə layihəyə qoşulmaq üçün müraciət edən və müxtəlif regionlarda fəaliyyət göstərən fermerlərə maarifləndirmə təlimlərinin keçirilməsinə başlanılıb.

Maarifləndirmə təlimlərinin təşkilində əsas məqsəd yerli fermerləri aqroturizmin əsas prinsipləri və beynəlxalq təcrübələri ilə tanış etmək, onları təsərrüfatlarında qonaq olan turistlərin qarşılanması, qidalanmanın təşkili, məhsulların qablaşdırılmasının və sərgilənməsinin təşkili, təsərrüfatlarındakı məhsulların satışından gəlir əldə edilməsi yolları, bütövlükdə aqroturizm xidmətlərinin göstərilməsi mövzularında məlumatlandırmaqdır.

İlk təlim "Şəhərdən kəndə” layihəsinə Lənkəran və Astaradan qoşulan fermerlər üçün keçirilib. Adıçəkilən ASC-nin mütəxəssisləri təlimdə iştirak edən fermerlərə layihənin məqsədi, fermerlər üçün üstünlüklərindən danışıb və qurum olaraq layihəyə qoşulmuş fermerlərə davamlı konsultasiya xidmətlərinin göstəriləcəyini deyiblər.

Bir çox mövzularda keçirilən təlimlərdə Türkiyədən dəvət edilmiş mütəxəssislər Soner Şahan və İşıl Şahan iştirak edirlər. İşıl Şahan özəl sektorda marketinq kommunikasiyaları və insan resursları üzrə çoxillik təcrübəyə malikdir. O, eyni zamanda turizm sahəsində fəaliyyət göstərən şəxslərə təlimlər keçib, müxtəlif qurumların marketinq strategiyalarının qurulmasında iştirak edib. Təlimçi, həmçinin Boğaziçi Universitetində korporativ sosial məsuliyyət layihələrinin direktoru kimi çalışıb. Soner Şahan isə hazırda Boğaziçi Universitetində strateji layihələr üzrə məsləhətçi kimi fəaliyyət göstərir. O, müxtəlif sahələrdə həyata keçirilən layihələrin planlanması və idarə edilməsi üzrə mütəxəssisdir. Təlimlərdən sonra Türkiyəli mütəxəssislər layihəyə qoşulmuş fermer təsərrüfatlarına səfər edib, yaradılan şəraitlə tanış olublar.

Xatırladaq ki, "Şəhərdən kəndə” layihəsi "Aqrar Tədarük və Təchizat” ASC tərəfindən regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı və əlavə gəlir mənbəyi, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanı yaratmaq məqsədilə həyata keçirilir. Hazırda layihə çərçivəsində əməkdaşlıq edilən turizm şirkətləri ilə birgə ölkəmizin 7 fərqli istiqaməti üzrə müxtəlif regionlarında yerləşən 11 fermer təsərrüfatına mütəmadi turlar təşkil olunur. Layihə çərçivəsində bugünədək 40-dan artıq aqrotur baş tutub. Bu turlara ümumilikdə 800-dən çox turist qoşulub, onların 150-ə yaxını əcnəbi turistlər olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video