17 Fevral 2020 23:29
359
SİYASƏT
A- A+

Ermənistan müxalifəti Paşinyan haqqında: Siz patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?


Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan öz "Facebook” səhifəsində yazıb: "Baş aça bilmirəm, siz daha çox patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?”

AZƏRTAC xəbər verir ki, Aşotyan belə emosional, lakin həqiqətdən heç də uzaq olmayan yazını Ermənistanın baş naziri Nikol Paşinyanın administrasiyasının saxtakarlıqlarını ifşa etdiyinə görə yazıb.

O yazır: "Deməli, Nikol Paşinyanın "Facebook” səhifəsində Merkel ilə Paşinyan arasında dünənki görüşün erməni dilinə tərcümədə yayımlanan videoyazısına baxıram. Sonra Almaniya Kanslerinin rəsmi səhifəsinə daxil oluram və görüşün videoyazısını tərcüməsiz dinləyirəm və nə aydın olur? Angela Merkel öz çıxışında Ermənistanda məhkəmə-hüquq islahatları kontekstində Venesiya Komissiyasını xatırladır, halbuki erməni dilinə tərcümədə bu barədə BİR KƏLMƏ DƏ YOXDUR. Ermənistanın baş nazirinin rəsmi saytında yerləşdirilmiş press-relizdə də bu hissə YOXDUR. Videoya baxın və əmin olun: 00:45-00:50”.

Ermənistanın "Antifeyk” nəşri yazır ki, bu, rəsmi çıxışların və bəyanatların Ermənistanın baş nazirinin aparatı tərəfindən təhrif olunduğu ilk hadisə deyil.

Yazıda deyilir: "Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi hələ 2019-cu ilin dekabrında xarici siyasət idarəsinin başçısı Zöhrab Mnatsakanyanın nitqinin erməni dilinə tərcüməsinə çox böyük əhəmiyyət kəsb edən, lakin nazirin ingilis dilində nitqinin ilkin mətnində olmayan cümlə və frazaları əlavə edib (bax: https://antifake.am/ru/news/1209)”.

Əslinə baxılırsa, bütün bunlardan sonra Ermənistanda saxtalaşdırmalara həvəsin haradan gəldiyinə təəccüblənməyə dəyməz! Əgər dünənin hadisələri belə insafsızcasına saxtalaşdırılırsa, onda daha "çar Tiqran dövrü” barədə nə demək olar? Demək olar ki, o dövrdə cəmi "iki millət” – "ermənilər”... və Azərbaycan Prezidentinin dili topuq çalan "tarixçi” Paşinyana lap yerində verdiyi ipucuya əsasən, "elə yenə də ermənilər” olub.

Heç nəyə təəccüblənmək lazım deyil. Hazırda acınacaqlı vəziyyətdə olan və bu kompleksdən əziyyət çəkən bir xalqın, əslində, heç bir gələcəyi yoxdur, keçmişi də yoxdur, yəni, bax, bu keçmişi uydurmaq lazımdır. Bax, onda köməyə baş nazirin aparatında çalışan əməkdaşların üslubunda məharətlə və açıq şəkildə "Made in Armenia" leyblı ilə saxlatalaşdırılmış özgə hökmdarlar, özgəsinin irsi, özgəsinin mədəniyyəti və özgəsinin tarixi gəlir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video