17 Fevral 2020 15:52
597
CƏMİYYƏT
A- A+

AHİK-də Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru ilə görüş keçirilib


Fevralın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Syuzan Floken, Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyinin və Türk "Egitim-Şen” Həmkarlar İttifaqı Komitəsinin sədri Talip Geylanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) beynəlxalq əlaqələrin genişləndirilməsi ilə bağlı əldə etdiyi uğurlardan danışıb. Sədr bildirib ki, AHİK dünyanın 50-dən artıq ölkəsinin həmkarlar ittifaqları ilə sıx əlaqə saxlayır. O, bu əlaqələrin qurulmasında, həmin ittifaqlarla əməkdaşlığın genişləndirilməsində Syuzan Flokenin əməyini yüksək qiymətləndirib. Belə qarşılıqlı görüşlərin, seminarların daha sıx şəkildə keçirilməsinin vacibliyini vurğulayan S.Möhbalıyev ATİAHİ Respublika Komitəsinin Beynəlxalq Təhsil Birliyi və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyi ilə həyata keçirdiyi birgə layihələrdən də danışıb.

Sədr Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Türk "Egitim-Şen”, "Egitim Birsen” Həmkarlar İttifaqlarının Beynəlxalq Təhsil Birliyinə üzv qəbul edilməsi ilə bağlı məsələdə vasitəçi kimi iştirak etdiyindən məmnunluğunu ifadə edib.

Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Syuzan Floken qonaqpərvərliyə və əməkdaşlığa görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə təşəkkür edib. Avropalı qonaq Azərbaycanla əlaqələrin və ikitərəfli münasibətlərin genişləndirilməsinə böyük əhəmiyyət verildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan regionda öz nüfuzu ilə seçilir və imkanları genişdir. Beynəlxalq Təhsil Birliyinin nümayəndəsi quruma üzv ölkələrin sayının çoxalmasının vacibliyini vurğulayıb. O, gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndiriləcəyindən əminliyini ifadə edib.

Görüş müzakirələrlə davam edib.

Qeyd edək ki, ATİAHİ Respublika Komitəsi 2000-ci ildən Beynəlxalq Təhsil Birliyinin, 2006-cı ildən isə Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyinin üzvüdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video