17 Fevral 2020 15:50
562
DÜNYA
A- A+

Erməni KİV-ləri qaranlıq otaqda olmadığını bildikləri qara pişiyi axtarırlar

Bir neçə gün əvvəl Berlindəki "Tempodrom” binası yaxınlığında atışma baş verib.

AZƏRTAC xəbər verir ki, silahlı cinayətkarlar yoldan keçənlərə atəş açıblar. Polis atışma nəticəsində 1 nəfərin öldüyü və 7 nəfərin yaralandığı barədə məlumat verib. Hadisəni törədən şəxs insidentin baş verdiyi yerdən qaçmağa macal tapıb.

Erməni KİV-ləri bu hadisəni izah edərkən ona maraqlı şərh veriblər. Xüsusən "Aysor” erməni portalı bu sözləri yazıb: "Cinayət baş verdiyi zaman müzik-hollda tanınmış türk komediyaçısının çıxışının insidentlə əlaqəli olub-olmaması hələ ki, məlum deyil”.

Bu bədbəxtlərə necə başa salmaq olar ki, Berlin və türklər bir-birinə sıx bağlıdır. Almaniya paytaxtında hansı tərəfə baxsan, 200 metr radiusunda heç olmasa bir türkə rast gəlirsən.

Həmin gün "Tempodrom”un səhnəsində türk aktyoru çıxış etməsəydi belə, yaxınlıqda azı bir dönərxana tapılar, yaxud türk taksi sürücüsü keçərdi. O zaman "Aysor” yəqin ki, bu sözləri yazardı: "Cinayət baş verdiyi zaman yaxınlıqda türk aşpazının kabab bişirməsinin insidentlə əlaqəli olub-olmaması hələ ki, məlum deyil”.

Ümumiyyətlə, komediya artisti ilə küçədəki kütləvi atışma arasında hansı bağlılıq ola bilər?!

Həqiqətən də onlar qaranlıq otaqda qara pişiyin olmadığını bilə-bilə onu axtarmaqda davam edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video