15 Fevral 2020 16:58
826
DÜNYA
A- A+

Malidə terrorçuların silahlı hücumu nəticəsində 40 nəfər öldürülüb

Qərbi Afrikada yerləşən Malidə Doqon qəbiləsinin üzvü olan terrorçuların silahlı hücumu nəticəsində 40 nəfər öldürülüb. AZƏRTAC Əl-Cəzirə telekanalına istinadla xəbər verir ki, Oqossaqou qəsəbəsində qətlə yetirilənlərin doqquzu əsgərlərdir.

Mali hökumətinin yaydığı məlumatda bildirilir ki, bu qırğın ötən ilin martında Fulani qəbiləsindən olan 160 nəfərin qətlə yetirilməsi ilə nəticələnmiş silahlı hücumdan sonra ikinci ən böyük faciədir. Qeyd olunub ki, qəsəbəyə hücum edən 30 nəfər sakinlərin evlərini, ərzaq ehtiyatını da yandırıb. Silahlı hücumdan sonra 28 qəsəbə sakinin də itkin düşdüyü bildirilir.

Afrikanın bu kiçik dövlətində (əhali) uzun illərdir ki, Doqon və Fulani qəbilələri arasında silahlı qarşıdurma davam edir. BMT sülhməramlı qoşun kontingentinin də ərazidə yerləşdirilməsi bu qanlı münaqişənin qarşısını ala bilməyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video