15 Fevral 2020 11:01
590
CƏMİYYƏT
A- A+

Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün II “Fərqli Fərdlər” Konqresi keçirilir


Fevralın 15-də Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün II "Fərqli Fərdlər” Konqresi öz işinə başlayıb.

"Fərqli Fərdlər” Konqresi Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Heydər Əliyev Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, bu il konqresin mövzusu autizmdir. "Fərqli Fərdlər” Konqresi ictimaiyyətin diqqətini autizm mövzusuna maksimum dərəcədə yönəltmək və valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq quraraq, dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünü dəstəkləmək nəzərdə tutulub. Konqresin məruzəçiləri qismində tanınmış beynəlxalq və yerli mütəxəssislər, autizmli uşaqların valideynləri, eləcə də öz həyat və uğur tarixçələrini danışacaq autizm diaqnozlu insanlar çıxış edirlər.

Keçənilki konqresdən sonra alınan çoxsaylı sorğuları nəzərə alaraq, bu il xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial və təhsil məsələləri ilə əlaqədar sualları cavablandırmaq üçün "Fərqli Fərdlər”də Təhsil Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin əməkdaşlarının fəaliyyət göstərdiyi stendlər yaradılıb.

Bu il konqresin işinə "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri də kömək edirlər. Konqresin gedişatında könüllülər digər beynəlxalq tədbirlərdə də istifadə edə biləcəkləri konkret bilik, dəyərli təcrübə və bacarıqlar əldə edirlər.

"Fərqli Fərdlər" Konqresinin təşkilatçıları "Caspian Event Organisers” (ceo.az) şirkəti və "Edutainment.az” təhsil strukturudur. Konqresə təşkilati dəstək verənlər və tərəfdaşlar arasında "Birgə və Sağlam” İctimai Birliyi də yer alır. "Caspian Event Organisers” şirkəti üçün "Fərqli Fərdlər" Konqresi sosial layihədir. Şirkətin tərəfdaş və sponsorları sahəsində yığılmış bütün vəsaitlər autizmli uşaqlara dəstək məqsədilə "Birgə və Sağlam” İctimai Birliyinə təqdim olunur. Həmçinin konqresin rəsmi saytında ianə vasitəsilə autizmli uşaqların reabilitasiyasına dəstək olmaq üçün xüsusi xana yaradılıb (https://ferqliferdler.az/az-makedonation/).

"Fərqli Fərdlər” Konqresinin baş tərəfdaşı qismində "BP” şirkəti çıxış edir. Tədbir, həmçinin "Holcim Azerbaijan”, "BestComp Group”, "ACE Group Consultants”, "Art Trio”, "Credo Group”, "CTS Translation”, "Maxoffset”, "Konfrans Services”, "158taxi”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi kimi şirkət və strukturlar tərəfindən dəstəklənir.

II "Fərqli Fərdlər" Konqresi fevralın 16-da bitəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video