15 Fevral 2020 02:22
1475
İDMAN
A- A+

Olimpiya və Paralimpiya yığma komandalarımız “Tokio-2020”də eyni forma ilə çıxış edəcəklər


Fevralın 14-də Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələri arasında "Tokio-2020” Olimpiya və Paralimpiya oyunları çərçivəsində əməkdaşlığa dair memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov, MOK-un baş katibi Ağacan Əbiyev, baş katibin müavini Azər Əliyev, olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Memorandumu MOK-un vitse-prezidenti Ç.Hüseynzadə və MPK-nın prezidenti İlqar Rəhimov imzalayıblar.

Hər iki qurum arasında sıx əməkdaşlığın uzun illərdir mövcud olduğunu diqqətə çatdıran MOK-un vitse-prezidenti deyib: "Artıq əməkdaşlığımızı rəsmiləşdirmək qərarına gəldik. Bu əməkdaşlıq ölkəmizdə idmanın inkişafına və kütləviliyinin artırılmasına xidmət edəcək. Olimpiya və Paralimpiya yığma komandalarımız "Tokio-2020”də eyni forma ilə çıxış edəcəklər”.

İdmançılarımızın sonuncu - "Rio-2016” Olimpiya Oyunlarında 18 medal qazandıqlarını xatırladan Ç.Hüseynzadə bildirib ki, bu göstəricini təkrarlamaq çətin olacaq: Əsas hədəfi medalların əyarına yönəltmək istəyirik. "Rio-2016”da komandamız bir qızıl medal qazanmışdı. Ümid edirəm ki, Tokioda qızıl medalların sayı daha çox olacaq”.

Memorandumu tarixi hadisə adlandıran MPK-nın prezidenti İ.Rəhimov idmanın ölkəmizdə prioritet sahələrdən olduğunu deyib: "Ümid edirəm ki, idmançılarımız Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarında da bizi sevindirəcək və himnimizi səsləndirəcəklər. Ölkəmizdə olimpiyaçılarla paralimpiyaçılar arasında heç bir fərq qoyulmur. Hər iki komanda ölkəmizdə idmanın inkişafına xidmət edir. Hazırda paralimpiyaçılarımız "Tokio-2020”yə 7 lisenziya qazanıblar. Paralimpiya Oyunlarında 30-32 idmançı ilə təmsil olunacağımızı proqnozlaşdırırıq. Bu göstərici "Rio-2016” Yay Paralimpiya Oyunlarındakından çoxdur. Braziliyada 24 paralimpiyaçımız medallar uğrunda mübarizə aparmışdı”.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Azərbaycanın Olimpiya və Paralimpiya tarixində ilk dəfə baş tutan bu rəsmi əməkdaşlıq "Tokio-2020”nin, həmçinin Olimpiadada və Paralimpiadada ölkəmizi təmsil edəcək komandaların birgə təbliğinə və təşviqinə xidmət edir. Memoranduma əsasən, marketinq, sosial media, könüllülük xidməti, komandalar üçün vahid idman geyim dəstinin hazırlanması və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulur.

Oyunların və komandaların təbliği və təşviqində aparıcı rol MOK-a məxsus olacaq. Bu işdə "Rio-2016” Yay Olimpiya Oyunlarında əldə olunan uğurlu təcrübənin tətbiq edilməsi planlaşdırılır. Hətta "Tokio-2020” Olimpiya Oyunları üçün xüsusi strategiya hazırlanıb. Həmin strategiya "Minsk-2019” II Avropa Oyunlarında uğurla sınaqdan keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video