15 Fevral 2020 02:21
852
İQTİSADİYYAT
A- A+

“Azərişıq” ASC-də 2019-cu ilin yekunlarına dair toplantı keçirilib


"Azərişıq” ASC-nin rəhbəri Vüqar Əhmədovun sədrliyi ilə 2019-cu ilin yekunlarına dair departament direktorları, idarə və şöbə rəisləri, habelə Regional Enerji Təchizatı və Satışı İdarələri rəislərinin iştirakı ilə toplantı keçirilib. Bu barədə cəmiyyətin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda 2019-cu ilin iqtisadi yekunları ilə bərabər 2020-ci ildə görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Toplantıda çıxış edən ASC sədri Vüqar Əhmədov öncə son 5 il ərzində görülən quruculuq işlərindən danışıb.

10 fevral 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla "Bakıelektrikşəbəkə” ASC-nin bazasında yeni bir qurum - "Azərişıq” ASC yaradıldığını vurğulayan Vüqar Əhmədov "Azərişıq” ASC-nin yaranmasının bir zərurət olduğunu - bütün bölgələrin elektrik enerjisi ilə təchizatını paytaxt Bakının səviyyəsinə çatdırmaq, istehlakçılara yüksək keyfiyyətlə xidmət göstərmək missiyasını qısa zamanda həyata keçirməyin o zaman vacib və təxirəsalınmaz bir məsələ olduğunu, ölkə rəhbəri tərəfindən qarşıya qoyulan vəzifənin kifayət qədər böyük məsuliyyət tələb etdiyini diqqətə çatdırdı.

"Azərişıq” ASC yaradıldıqdan dərhal sonra rəhbərlik və qurumun mütəxəssisləri mövcud vəziyyəti öyrənərək, fəaliyyət planını tərtib edərək genişmiqyaslı təmir, yenidənqurma və tikinti işlərinə başlanıldı. İcrasına başlanılmış proqramın I hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edirdi ki, bu da regionlardakı istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərinin elektrik təminatının yenidən qurulmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsinə gətirib çıxardı. Fiziki cəhətdən köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənərək, müasir tipli yarımstansiyalar və Komplekt Transformator Məntəqələri quraşdırıldı. Bu sahədə maddi-texniki baza kökündən yenilənərək ən müasir texnoloji avadanlıqlarla təchiz olundu. Vüqar Əhmədov daha sonra bildirdi ki, regional şəbəkələrin yenidənqurulması və yeni texnoloji avadanlıqlarla təchiz olunması ilə bərabər onların idarə edilməsi, normativlərə əməl olunması, yeni kadr potensialının formalaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir.

"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov daha sonra bildirdi ki, ən ümdə vəzifə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində istehlakçıları keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etmək, dövlət başçısının etimadını yüksək səviyyədə doğrultmaqdır. Ötən 5 il deməyə əsas verir ki, biz bu yolda inamla və yorulmadan irəli gedirik.

Qarşıda duran vəzifələrdən söz açan cəmiyyət sədri toplantı iştirakçılarına ayrı-ayrılıqda öz tövsiyə və tapşırıqlarını da verdi.

Digər məruzəçilər də görülən işlər haqda geniş hesabat verərək son illərdə 41 ədəd 110 kV-luq YS-nin, 110 ədəd 35 kV-luq YS-nin, 135 ədəd 10-6 kV-luq TM-nin, 3,943 ədəd tikintisi 10-6 kV-luq KTM-nin tikintisindən söz açmış, 35,505 km müxtəlif gərginlikli EVX-lərin çəkilməsini, 42 ədəd 110 kV-luq YS, 258 ədəd 35 kV-luq YS, 12,300 ədəd 10-6 kV-luq TM və KTM-lərin, 22,000 km müxtəlif gərginlikli EVX-lərin təmirini də çatdırdılar. Çıxışlarda, həmçinin 590 yaşayış məntəqəsinin 0,4 kV-luq elektrik şəbəkələrinin tam yenidən qurulması, gücü 55 MVt təşkil edən Yeni Yaşma və Şurabad qəsəbələrində külək elektrik stansiyaları bərpa olunaraq elektrik şəbəkələrinə qoşulması da səslənib.

Hazırda Bakı şəhəri, Binəqədi rayonunda 110/35/6 kV-luq 91 saylı, Ağsu rayonunda "Ağabəyli”, Quba rayonunda "Rustov”, İmişli rayonunda "Muğanlı” və "Aranlı”, Şamaxı rayonunda "İqamətgah” 35 kV-luq yarımstansiyaların tikintisi aparılır. 2020-ci ildə 77 kəndin 0,4 kV-luq elektrik şəbəkələrinin yenidənqurulması nəzərdə tutulur və 20 kənddə bu istiqamətdə işlər davam etdirilir. Hər region üzrə 5 ədəd 35 kV-luq yarımtansiyanın əsaslı təmir işlərinin aparılması planlaşdırılmışdır, 27 ədəd dağ kəndinin elektrik şəbəkələrinin yenidənqurulması üçün layihə işləri aparılır.

Respublikada keçirilən beynəlxalq tədbirlərlə, idman yarışları ilə, müxtəlif konfrans və iclaslarla əlaqədar elektrik enerjisi təminatının yüksək səviyyədə təşkil olunmasında "Azərişıq” ASC-nin kollektivi fəal iştirak etmişdir.

2019-cu ilin yekunlarına həsr olunmuş tədbirdə səslənən bütün fikirlər növbəti illərdə də tapşırıq və öhdəliklərin uğurla, yüksək peşəkarlıqla başa çatdıracaqlarına əminlik ifadə etdirirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video