29 Yanvar 2020 15:18
437
SİYASƏT
A- A+

“Bloomberg News”un yaydığı məqalədə Azərbaycana münasibətdə ikili standartların olduğu qeyd edilir

 

"Bloomberg News” xəbər agentliyinin saytında siyasi icmalçı, beynəlxalq münasibətlər sahəsində ekspert İlay Leykin məqaləsi dərc edilib. Məqalədə Demokratiyanın Müdafiəsi Fondunun "dondurulmuş münaqişələr”ə həsr olunmuş yeni məruzəsindən danışılır.

AZƏRTAC xəbər verir ki, müəllif məqalədə dünyada mövcud olan ikili standartlardan bəhs edib. O, Azərbaycan ərazilərini işğal edən Ermənistana münasibəti ikili standartların göstəricisi adlandırıb. "Siz Azərbaycanda Dağlıq Qarabağı işğal etdiyinə görə Ermənistana münasibətdə boykot kampaniyaları, investisiyaların müsadirə edilməsi və ya sanksiyaların tətbiqi barədə sonuncu dəfə nə vaxt eşitmisiniz?”, - deyə müəllif sual verir.

Ekspert yazır ki, məruzədə bir dövlətin digər dövlətin ərazisini işğal etdiyi 8 "dondurulmuş münaqişə”də beynəlxalq hüququn tətbiq edilməsinin nüansları müzakirə olunur. "Problem sadəcə onda deyil ki, BMT, Birləşmiş Ştatlar, Avropa İttifaqı, özəl korporasiyalar və QHT-lər son dərəcə qeyri-məntiqi fəaliyyət göstərirlər. Məsələ ondadır ki, onların siyasəti selektivdir və çox vaxt beynəlxalq münasibətlər sistemində daha dərin problemləri vurğulayan mənfi rəy yaradır”, - deyə müəllif məruzəyə istinad edərək yazır.

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video