29 Yanvar 2020 15:03
588
DÜNYA
A- A+

DST koronavirusun təhlükə səviyyəsinin dəyərləndirilməsini qlobal miqyasda “mülayim”dən “yüksəyə”, Çin üçün isə “çox yüksəyə” dəyişdirib


 

Dünya Səhiyyə Təşkilatı (DST) "2019-nCoV” virusunun yayılma təhlükəsi səviyyəsinin dəyərləndirilməsini qlobal miqyasda "mülayim”dən "yüksəyə”, Çin üçün isə "çox yüksəyə” dəyişdirib.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Dünya Səhiyyə Təşkilatının nümayəndəsi Kristian Lindmeyer bəyan edib. Bununla yanaşı, infeksiyanın baş qaldırması hələ "beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət” statusu almayıb.

Bu günə olan məlumata görə, Çində 5974 nəfər koronavirusa yoluxub, onlardan 132-si həyatını itirib. Çinin hüdudlarından kənarda - 13 ölkədə 45 təsdiqlənmiş hal qeydə alınıb. DST təmsilçisinin sözlərinə görə, təsirli epidemioloji tədbirləri qəbul etməkdən ötrü xəstəliyə tutulan insanın yoluxmadan sonra hansı mərhələdə ətrafdakılar üçün təhlükəli olmasını başa düşmək vacibdir. Hazırda alimlər inkubasiya dövrünün, - yəni yoluxan dəqiqədən əlamətlərin əmələ gəlməsi anınadək, - 1-14 gün çəkməsi ilə razıdırlar. Onlar hesab edirlər ki, insan xəstəliyin simptomların bilinmədiyi mərhələsində onu digərlərinə keçirə bilər. Lakin bunda tam əminlik yoxdur, əlavə tədqiqatlara ehtiyac tələb olunur.

Xəstəlik, əsasən, hava-damcı yolu ilə ötürülür. Lakin virus bir müddət əşyaların səthində aktivliyini qoruyub saxlayır. Əşyaların səthinə düşən virusun hansı zaman kəsiyində təhlükəli olması hələ ki, məlum deyil. Lakin DST-də bu dövrün azı 30 dəqiqə davam etdiyini bildirirlər.

DST-də xatırladırlar ki, koronavirus qrip tutulmasına bənzər simptomlar əmələ gətirir. Məişət səviyyəsində hər iki infeksiyadan geniş yayılmış tədbirlər vasitəsilə müdafiə olunmaq mümkündür. Bu sıraya əlləri yaxşıca yumaq, xəstələrlə təmas zamanı ehtiyat tədbirlərindən istifadə etmək və s. daxildir.

DST-nin baş direktoru Tedros Adhanom Gebreyesus və ÇXR-in Sədri Si Cinpin yeni koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə ediblər. Bu gün Pekində təşkil olunan görüşdə DST-nin digər nümayəndələri də iştirak edib. Təşkilatda Çinin epidemioloji xidmətlərinin hazırlığını, xüsusən də epidemiyanın episentri olan Vuhan şəhərində tətbiq olunan operativ yanaşma tədbirlərini yüksək qiymətləndirirlər.

DST Daha təsirli epidemioloji tədbirlərin işlənib hazırlanmasından ötrü yeni koronavirusun xüsusiyyətlərinin öyrənilməsi üçün Çinə texniki dəstək verməyi davam etdirir.

İnfeksiya mənbəyi hələ aşkarlanmayıb. Alimlər mətbuatda yayılan müxtəlif şayiələri hələ təsdiqləmirlər. Xəstəliyin ağırlığına gəlincə, bir çox hallarda söhbət mülayim simptomatikanın təzahüründən gedir. Yalnız yoluxanların beşdəbirində xəstəlik ağır keçir.

Qeyd edək ki, Azərbaycanda bu virusa yoluxma halı müşahidə olunmayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video