29 Yanvar 2020 14:50
624
DÜNYA
A- A+

İran ABŞ-ın “Əsrin razılaşması” planını “Əsrin dələduzluğu” adlandırıb

 

İran ABŞ Prezidenti Donald Trampın Fələstin-İsrail münaqişəsinin həlli üçün təqdim etdiyi "Əsrin razılaşması” planının əleyhinədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir bildirib ki, bu plan regiona fəlakətdən başqa bir şey verməyəcək. Qüds şəhərinin ABŞ tərəfindən İsrailin yeni paytaxtı hesab edilməsi müsəlmanlar üçün qəbuledilməzdir. Buna qətiyyən yol vermək olmaz.

İranın Ali Rəhbəri Əli Xamneyi də ABŞ Prezidentinin planını tənqid edib və dünya müsəlmanlarını bu plana qarşı çıxmağa çağırıb.

İran parlamentinin sədri Əli Laricani isə D.Trampın "Əsrin razılaşması” planını "Əsrin dələduzluğu” adlandırıb.

Qeyd edək ki, D.Trampın İsrailin Baş Naziri Benyamin Netanyahunun iştirakı ilə Vaşinqtonda açıqladığı plana görə, regionda Fələstin adlı dövlətin yaradılması nəzərdə tutulsa da, müsəlmanların müqəddəs hesab etdikləri Qüds şəhəri İsrailin paytaxtı kimi təqdim olunub.

 

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video